HAQQIMIZDA
Medcare şirkəti artıq iki ildir ki, fəaliyyətə başlamışdır. Şirkətimizin marketinq bölməsi MELİ Pharm və MBİ Group adı ilə ölkə əhalisinə xidmət edir.
Medcare şirkəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılmış və sertifikatlaşdırılmış yüksək keyfiyyətli əczaçılıq məhsulları və bioloji aktiv fəallığa malik qida əlavələrinin apteklərdən və rəsmi destribyutorlardan satışını təmin edir. Fəaliyyətimizin əsas prinsipi təlabata uyğun dərman preparatlarının xüsusi mütəxəssislərlə birgə öyrənilməsi və bu preparatların ən qabaqcıl istehsalçılardan idxalı, təklif olunan dərman preparatları barəsində ölkə əhalisinə və mütəxəssislərə dolğun, əsaslı və tibbi təsdiqini tapmış məlumatların, həmçinin yeniliklərin çatdırılmasıdır.
Fəaliyyətimiz ixtisaslaşmış mütəxəssislərə həvalə olunduğundan həm yeni təlabatların araşdırılması, həm də tibbi yeniliklərin, müasir, daha effektiv müalicə üsullarının, dərman preparatlarının təyinatındakı yeniliklərin öyrənilməsi və bu yöndə uğurlu marketinq siyasətinin formalaşdırdı ki, bu da həm şirkətin,həm də əhalinin maraqlarının paralel şəkildə təmin olunmasına xidmət etdi. Bu gün əməkdaşlarımız şirkətin hədəf prinsiplərini əsas tutaraq Bakıda və Respublikamızın müxtəlif regionlarında əczaçılıq sahəsində təklif və təlabat arasındakı balansın qorunmasına xidmət edir.
Medcare şirkəti olaraq məhsullarımızın Avropa keyfiyyətli olmasına üstünlük veririk. Atisav Pharma Lda (Portuqaliya) , Biodue Spa ( İtaliya), Koç İlaç ( Türkiyə), Curtis Health Caps ( Polşa), Herbal Farma ( Türkiyə) və . s dünyada tanınan istehsalçılarla əməkdaşlıq edirik
MEDCARE şirkəti olaraq əhaliyə xidmət etməkdən qürur duyuruq . Hədəfimiz təqdim etdiyimiz məhsullarla, göstərdiyimiz xidmətin keyfiyyəti ilə vətəndaşların, partnyor və əməkdaşların rəğbətini qazanaraq daha böyk uğurlar əldə etməkdir.
MEDCARE - Daima QAYĞINIZDAYIQ