Medcare Avropanın keyfiyyətli məhsullarına üstünlük verir.

Facebook Linkedin Instagram Mail
Əlaqə Saxla
  • Əsas Səhifə
  • Haqqımızda
  • Karyera
  • MELİ Pharm
  • MBİ Group
  • MED Max
  • Əlaqə
  • Əsas Səhifə
  • Haqqımızda
  • Karyera
  • MELİ Pharm
  • MBİ Group
  • MED Max
  • Əlaqə

VERKALİN

Tərkibi:


Kalsium-fosfat - 860 mq ( 200 mq elementar Ca 2+ müvafiq )
Kalsium-laktat - 400 mq ( 74 mq elementar Ca 2+ müvafiq )
Maqnezium-hidroksid - 150 mq
Sink-sulfat - 44.3 mq ( 10 mq elementar Zn 2+ müvafiq )
Mis-qlükonat - 10.7 mq ( 1,5 mq elementar Cu 2+ müvafiq)
K₂ vitamini(menaxinon-4) - 70 mkq
D₃ vitamini(cholecalciferol) - 250 BV
Farmakoterapevtik qurupu: Kalsium və fosfor mübadiləsi requlyatoru.

Göstərişlər:

• Kalsium və D3 vitamininə tələbatın artdığı hallar – hamiləlik və laktasiya dövrü ( həkimlə məsləhətləşdikdən sonra)
• Kalsium və D3 vitamininin çatışmazlığının aradan qaldırılması .
• Xroniki böyrək çatışmamazlığı zamanı yaranan Ca çatışmamazlığında.
• Postmenopauza və qocalma ilə əlaqədar osteoporozların müalicə və profilaktikası məqsədi ilə
• Sink,mis və maqnezium minerallarının çatışmazlığının aradan qaldırılması .
• Şəkərli diabet
• Müxtəlif orqanik xəstəliklər (ürək-damar, həzm sistemi, tənəffüs sistemi, endokrin sistem) zamanı reabilitasiya məqsədilə;
• İmmun sistemin zəifləməsi halları.
Əks göstərişləri: Preparatın hər hansı komponentlərinə qarşı hiperhəssasliq. 12 yaşadək uşaqlar.
Əlavə təsiri: Hiperkalsinemiya, allergik reaksiyalar
Dozalanma: 12 yaşdan yuxarı uşaqlara və böyüklərə 1 tabletdən gündə 2 dəfə yeməkdən sonra bol maye ilə qəbul olunur.
Buraxılış forması: VERKALİN № 30 tablet. 3 bilister 10 tabletdən ibarət içlik vərəqi ilə birlikdə karton qablaşdırmalarda istehsal olunur.
İstehsalçı ölkə:Türkiyə, Maximum

Xüsusiyyətləri:

Kalsium və D₃ vitamini- kalsium D vitamini ilə birlikdə insan orqanizmində raxit və osteoparoza qarşı təsir göstərir. Həmçinin insan orqanizmində güclü sümüklərin və dişlərin yaranmasında və qorunmasında, ürəyin, əzələlərin və sinir sisteminin fəaliyyətində iştirak edir. Kalsium-fosfor mübadiləsini tənzimləyərək dırnaqlara və saclara da müsbət təsir göstərir. Sümük toxumasında rezorbsiyanı zəyiflədir.
Maqnezium - Həyati önəmə sahib mikroelementlərdən biri olub , orqanizimdəki 300 dən çox fermentin aktivlik göstərməsində vacib rola sahibdir. ATF-in sintezində iştirak edir. Maqnezium sinir impulslarının oturulməsini, əzələlərin yığılma və boşalmasını, urək - damar sisteminin sağlamlığını təmin edən əsas mineraldır. Orqanizmdə magnezium çatışmazlığı qidalanma rejimi pozulduqda (pəhriz), keyfiyyətsiz qida qəbulu və ya magneziuma tələbat artdıqda (yüksək fiziki və əqli yüklənmə, stress, hamiləlik, diuretiklərin, antibiotiklərin və hormonların qəbulu , siqaret və alkoqoldan isfadə ) baş verir. Magnezium çatışmazlığı orqanizmdə depressiya, oyanıqlıq, yuxu pozğunluğu, əl və ayaqda uyuşma, əzələ səyrimələri və spazm, halsızlıq, bulantı, diqqətsizlik, unutqanlıq, osteoparoz., ürək ritmi pozğunluğu, arterial təzyiqdə ani dəyişmələr, mensturasiya zamanı şiddətli ağrılar, erkən doğuş və ya düşük, cift çatışmazlığı, hestos kimi patalogiyaların əmələ gəlməsinə səbəb olur.
Sink- Hüceyrə metabolizmində əsas rol oynayan fermentlərin tərkibinə daxil olmaqla hüceyrələrdə zülal və karbohidrat sintezini requlə edir. Hüceyrə membranının struktur möhkəmliyini, vitamin A-nın və vitamin E-nin biomənimsənilməsini, orqanizmdə insulinin sintezini, toplanmasını təmin edirərək qanda şəkərin tənzimlənməsində mühüm rol oynayır. Qonadotrop hormonların tərkibinə daxil olmaqla sintezini və sekresiyasını aktivləşdirərək spermatogenezi stimullaşdırır və cinsi funksiyaların yerinə yetirilməsində iştirak edir. Qadınlarda estrogendən asılı prosesləri tənzimləyərək uşaqlıq əzələlərinin inkişafını stimulaşdırır, nəticədə dölün inkişafını təmin etməklə yanaşı düşüklərin də qarşısını alır. Çəngələbənzər vəzinin funksiyasını aktivləşdirməklə T-limfositlərin və makrofaqların sintezini sürətləndirir, neytrofillərin müdafiə aktivliyini tənzimləyərək və antitel sintezini stimulaşdırmaqla immunitetin formalaşmasında iştirak edir. Sink defisitı MBT-da, reproduktiv orqanlarda, dəridə, sacda,yaraların regenerasiyası prosesində və sinir sistemində bir sıra ağır patologiyalara səbəb olur. Sink D vitamininin təsirini gücləndirir və kalsiumun yüksək mənimsənilməsinə səbəb olur.
Mis- insanın həyat fəaliyyəti üçün vacib və əvəzedilməz mikroelementlərdən biridir. Birləşdirici toxumalarda kollagen və elastin sintezini artırır. Mitoxondriyalardan enerjini xaric edərək enerji defisitini aradan qaldırır. Orqanizmdə misin çatışmazlığı leykopeniya, neyropeniya, immun reaksiyaların pozulması, T limfosidlərin aktivləşməsi, osteoporoz, saçın tökülməsi, dərinin piqmentasiyası, zəiflik, yorğunluq və bir sıra digər formalarda özünü büruzə verə bilər. Həmçinin mis orqanizmdə antioksidant rolunu oynamış olur.
K₂ vitamini- D₃ vitamini ilə birlikdə K₂ vitamininin qəbulu vacibdir. Bu iki vitamin insan orqanizmində kaslium seviyyələrinə nəzarət etmək üçün birlikdə fəaliyyət göstərirlər. D₃ vitamini kalsiumun qana sorulmasını təmin edir, K₂ vitamini isə orqanizmin hansı hissəsində kalsiuma ehiyac olduğunu göstərmiş olur. K₂ vitamini Osteoparozda kalsiumla birlikdə yüksək effektə malikdir. Həmçinin K₂ vitamini beyindəki oksidativ stresi aradan qaldırır. Ana südünün tərkibinə daxildir və südə qarşı allergik reaksiya verən insanlarda tətbiq olunur.

Ünvan

Bakı ş, Əhməd Rəcəbli küçəsi 33

Əlaqə

(+994) 51 310 46 25

(+994) 12 464 84 65

Medcare şirkəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılmış və sertifikatlaşdırılmış yüksək keyfiyyətli əczaçılıq məhsulları və bioloji aktiv fəallığa malik qida əlavələrinin apteklərdən və rəsmi destribyutorlardan satışını təmin edir …

MEDCARE

  • MELİ Pharm
  • MBİ Group
  • Karyera

Sosial

Share on facebook
facebook
Share on instagram
instagram
Share on email
Email
Copyright © 2021 Medicare. All Rights Reserved. by oneline.az
  • Əsas Səhifə
  • Haqqımızda
  • Əlaqə
X