Medcare Avropanın keyfiyyətli məhsullarına üstünlük verir.

Facebook Linkedin Instagram Mail
Əlaqə Saxla
  • Əsas Səhifə
  • Haqqımızda
  • Karyera
  • MELİ Pharm
  • MBİ Group
  • MED Max
  • Əlaqə
  • Əsas Səhifə
  • Haqqımızda
  • Karyera
  • MELİ Pharm
  • MBİ Group
  • MED Max
  • Əlaqə

LENOMAX

Tərkibi:


Maqnezium(oksid) - 200 mq
Vitamin B6 - 6 mq
Melissa ekstraktı - 80 mq
Pişik otu (valerian) - 100 mq
Passiflora - 50 mq
Nanə ekstraktı - 70 mq
Farmakoterapevtik qurupu: Maqnezium və B6 vitamini ilə kombinə edilmiş bitki tərkibli sedativ, spazmolitik preparat.

Göstərişlər:

•Beyin və əqli funksiyalar
•Beyin qan dövranının yaxşılaşdırılması
•Yuxu pozğunluğu.yuxusuzluq
•Maqnezium defisiti
•Həyəcan və özünə güvənməmə halları
•Hamilə qadınlarda hipertonus
•Hamiləlik zamanı ürəkbulanmanı aradan götürülməsi məqsədi ilə
•Xroniki yorğunluq zamanı
Əks göstərişləri: Preparatın hər hansı komponentlərinə qarşı həssaslıq. Ağır böyrək çatışmazlığı zamanı. Qadınlarda hamiləlik dövründə ilk 3 aydan sonra.
Əlavə təsiri: Mədə-bağırsaq sisteminin funksiyasının pozulması, dispepsiya əlamətləri.
Hamiləlik və laktasiya dövründə: İlk 3 aydan sonra qəbul qaydası həkim tərəfindən tənzimlənə bilər.
Dozalanma: 12 yaşdan yuxarı uşaqlara və böyüklərə gün ərzində 1 tablet.
Xüsusi göstərişlər: Təbii tərkibli olduğu üçün,uzun müddətli qəbulu mümkündür,asılılıq yaratmır.
Buraxılış forması: Lenomax №30 tablet. 2 bilister 15 tabletdən ibarət içlik vərəqi ilə birlikdə karton qablaşdırmalarda
Saxlanma şəraiti: 25 ͦ C temperaturdan yuxarı olmayaraq quru və günəş şualarından uzaq,uşaqların əli çatmayan yerdə saxlanmalıdır.
Yararlıq müddəti: Qutunun üzərində qeyd olunmuşdur.Yararlıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
İstehsalçı ölkə: TAN İLAÇ Türkiyə

Xüsusiyyətləri:

Maqnezium- bütün hüceyrələrin normal fəaliyyəti üçün vacib bir elementdir. Hüceyrələrin həyatı vacib bir elementi kimi maddələr mübadiləsinin bütün reaksiyalarında iştirak edir. Fizioloji nöqteyi nəzərdən maqnezium hüceyrə daxili kation hesab edilir. Maqnezium ionları neyronların oyanıqlığını aradan qaldıraraq, sinir-əzələ ötrücülüyünü zəiflədir. Əzələlərdə ion balansını bərpa edərək, bütün fermentativ reaksiyalarda iştirak edir. Maqnezium defisiti orqanizimdə tremor, tetaniya, ataksiya, yüksək reflelktor oyanıqlıq, yuxu pozğunluğu, ürək ritmi pozğunluğu, mədə-bağırsaq pozğunluğu və diareya kimi patologiyaların əmələ gəlməsinə səbəb olur.
Vitamin B6 (pridoksin) - koferment kimi bir çox metabolik proseslərdə, 60-dan çox enzimlərin, neyromediatorların sintezində, sinir sisteminin metabolik proseslərində iştirak edir. Magneziumun mədə-bağırsaq sistemindən daha tez sovurulmasına, hüceyrələrə keçib orada saxlanmasına səbəb olur. Hamiləlik zamanı B6 vitamini toksikoz əlamətləri olan ürəkbulanma və qusmanı azaldır, mərkəzi sinir sisteminin oyanıqlığını aradan qaldırır.
Oğulotu (melissa) - güclü sedativ təsiri, spazmolitik təsiri və antibakterial, virus əleyhinə, antiallergik təsirləri ilə əsasən tanınır ki, bu təsirlər ardıcıl olaraq tərkibinə daxil olan sitronellanın, geraniollanın və fenilpropanoidlərin hesabına baş veriri. Həmçinin antidepresant və hamilə qadınlarda ürəkbulanmanı aradan qaldırmaq kimi təsirlərə malikdir. Yuxunu normallaşdırır, əhval-ruhiyəni yaxşılaşdırır.
Pişikotu (valerian) - tərkibindəki fito birləşmələr ödqovucu, sakitləşdirici, sidikqovucu, spazm əleyhinə və epilepsiya əleyhinə təsirə malikdir. Valerian oyanma ilə tormozlanma arasında pozulmuş tarazlığı bərpa edir, trankvilizatorlar kimi təsir edərək MSS-də oyanmanı azaldır, yuxuya getmə müddətini qısalıdr və yuxunun keyfiyyətini yaxşılaşdırır. Qan damarlarında, bağırsaqlarda spazmı aradan qaldırır. Adaptogen və tonuslandırıcı təsir göstərir.
Çarxıfələk çiçəyi (passiflora ekstraktı) - təbii sakitləşdirici komponentdir. Tərkibinə askorbin turşusu, pektin, amin turşuları və viteksin daxildir. Heç bir yan təsir vermədən yuxunu yaxşılaşdırır və oyandıqda gümrahlıq hissini təmin edir. Passiflora ağrıkəsici, iltihabəleyhinə, spazmolitik və qıcolmaəleyhinə təsir göstərir, yaddaşı yaxşılaşdırır.
Nanə ekstraktı - tərkibi orqanizm üçün vacib olan A, C, B qrup vitaminlərlə və mikroelementlərlə zəngindir. Sinir sisteminə müsbət təsir göstərir, əsəbləri sakitləşdirir, stresi gərginliyi aradan qaldırır, miqren , əl-ayaq titrəməsi, iflic, yuxusuzluq, baş gicəllənmə hallarında çox faydalıdır. Nanə ürək-damar sistemi üçün də xeyirlidir ürəyi qüvvətləndirir, sürətli döyüntüləri aradan qaldırır və infarkt riskini azaldır. Həmçinin köp, mədə bulanması, mədənin yanması zamanı bu bitkidən istifadə etmək məsləhət görülür.

Ünvan

Bakı ş, Əhməd Rəcəbli küçəsi 33

Əlaqə

(+994) 51 310 46 25

(+994) 12 464 84 65

Medcare şirkəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılmış və sertifikatlaşdırılmış yüksək keyfiyyətli əczaçılıq məhsulları və bioloji aktiv fəallığa malik qida əlavələrinin apteklərdən və rəsmi destribyutorlardan satışını təmin edir …

MEDCARE

  • MELİ Pharm
  • MBİ Group
  • Karyera

Sosial

Share on facebook
facebook
Share on instagram
instagram
Share on email
Email
Copyright © 2021 Medicare. All Rights Reserved. by oneline.az
  • Əsas Səhifə
  • Haqqımızda
  • Əlaqə
X