Medcare Avropanın keyfiyyətli məhsullarına üstünlük verir.

Facebook Linkedin Instagram Mail
Əlaqə Saxla
  • Əsas Səhifə
  • Haqqımızda
  • Karyera
  • MELİ Pharm
  • MBİ Group
  • MED Max
  • Əlaqə
  • Əsas Səhifə
  • Haqqımızda
  • Karyera
  • MELİ Pharm
  • MBİ Group
  • MED Max
  • Əlaqə

KARBİN

Tərkibi:


L- karnitin – 500 mq
Koensim Q10 – 60 mq
Kversetin – 150mq

Göstərişlər:

• Hipoksik və işemik vəziyyətlərdə miokardın qidalanmasını yaxşılaşdıraraq funksiyasını bərpa etmək üçün
• Keçirilmiş insultdan sonra
• Stres, yuxusuzluq zamanı
• Yağların əridəlməsi və artıq çəkidən azad olmaq məqsədilə
• Dölün hipoksiyası zamanı
• Məşq zamanı yağların əriməsində
• İmmun çatışmaslığı zamanı

• Diabet zamanı maddələr mübadiləsini normallaşdırmaq üçün
• Bir çox virus xəstəlikləri zamanı
• Spermatogenezin pozulması zamanı
• Yorğunluq sindromu zamanı
Əks göstərişləri:
Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq
Dozalanması: Gün ərzində 1 kapsuldan 2 dəfə bol maye ilə, daxilə qəbul edilir.
Buraxılış forması: 30 kapsul, 10 kapsuldan ibarət 3 blister və məlumat vərəqi ilə birlikdə karton qutularda qablaşdırılır.
İstehsalçı ölkə: Koç İlaç, Türkiyə

Xüsusiyyətləri:

Farmakoloji qrupu: Kardioprotektor və Neyroprotektor
Farmakaloji təsiri:
L-karnitin - mənşəcə B qrupu vitaminlərinə aiddir. Metobolik proseslərin stimulyatoru olub, Koanın aktivliyini təmin edir. Anabolik təsirə malik olmaqla, əsas mübadiləni zəiflədir, zülalların və karbohidratların parçalanmasını ləngidir.L-karnitinin qəbulu ağır fiziki çalışmaların yerinə yetirilmə müddətini uzadır, eləcə də idman yüklənmələri zamanı yaranan süd turşusu səviyyəsini azaldır.
Karbin – uzun zəncirli yağ turşularının mitoxondiri membranından parçalanmasına və asteil-koanın əmələ gəlməsinə səbəb olur. Sərbəst yağ turşularını son oksidləşmə (mitoxondriya) yerinə daşıyır. Sərbəst yağ turşularının effektiv oksidləşməsi, triqliserid şəklində saxlanmayacağını təmin edir, yəni yağ toxumasının həcminin artmasına nəzarət edir. Nəticədə yağ turşularının oksigendən asılı olmayan metabolizminə səbəb olur və bütün orqan və toxumalarda effektiv təsirə malik olur. Metabolik çevrilmə proseslərdə iştirak edən bir sıra fermentlərdə aşkar olunan L-karnitin birbaşa karbohidrat metabolizmasına və yağlara qoşularaq, enerji istehsalını daha da intensivləşdirir. İnsan orqanizmi üçün vacib olan enerjinin 80 faizi yağ turşularının tam parçalanması hesabına yaranır ki, bu prosesin tam getməməsi süd turşularının yaranmasına səbəb olur və nəticədə metabolikasidoz yaranır. L-karnitin yağ turşularının tam parcalanmasını təmin edərək enerji yaranmasına səbəb olur. L-karnitin hemoqlabinin istehsalında vacibdir və antikozların istehsalına qatılaraq, bədənin immunitetini artırır.
Koenzim Q10 - əsasən ürək ağrılarında, arteroskleroz və yüksək təzyiqlərdə effektiv təsirə malikdir. İnsan bədənində Koenzim Q10 yaş ötdükcə və qəbul olunan bəzi preparatlara görə azalmağa başlayır. Hətda Koenzim Q10 –nun eyni zamanda antioksident və Parkinson xəstəlikləri, xolesterini salmaq və miqren xəstəliklərində də effektiv olduğu sübut olunmuşdur. Koenzim Q10 sərbəst radikalları zərərsizləşdirir, elektron verərək ya da alaraq zərərli oksigen molekullarını zərərsizləşdirir. Koenzim Q10 – hüceyrə daxilində orqanizmin enerji təminatına və toxuma tənəffüsünə cavabdeh olan mitoxondrilərdə ATF sintezində iştirak edir. ATF isə yeganə bioloji enerji mənbəyidir. Koenzim Q10 güclü antioksidant olmaqla yanaşı, qanda ASLP və triqliseridlərin miqdarını azaldır. Bədəndə olan piyləri parçalayaraq enerjiyə çevirir və bu da yüksək çəkidən azad olmağa kömək edir.
Kversetin – xroniki damar xəstəliklərinin inkişaf riskini azaltmağa kömək edir, keçiriciliyini normallaşdırır. Hipertoniya üçün Kversetin – qəbul edilməsi qan təzyiqinin aşağı düşməsinə kömək edir. Həmçinin kversetin güclü antioksidant təsirə malikdir ki, nəticədə ikiqat antioksidant təsir göstərmiş olur. Bir çox virus xəstəlikləri zamanı gündəlik 150-200 mq dozada Kversetin qəbul olunması məsləhət görülür. Kversetin bir sink ionoforudur və sink konsentrasiyasında artım meydana gətirmək üçün istifadə oluna bilər. Çünki, yüksək konsentrasiya olunmuş sink, RNT tipli virusların təkrarlanmasının qarşısını alır.
Kversetin – travmatik beyin zədəsi olan hüceyrələrdən mitoxondriya sayının artmasına səbəb olan mitoxondrial biogenizi aktivləşdirməyə kömək edir.

Ünvan

Bakı ş, Əhməd Rəcəbli küçəsi 33

Əlaqə

(+994) 51 310 46 25

(+994) 12 464 84 65

Medcare şirkəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılmış və sertifikatlaşdırılmış yüksək keyfiyyətli əczaçılıq məhsulları və bioloji aktiv fəallığa malik qida əlavələrinin apteklərdən və rəsmi destribyutorlardan satışını təmin edir …

MEDCARE

  • MELİ Pharm
  • MBİ Group
  • Karyera

Sosial

Share on facebook
facebook
Share on instagram
instagram
Share on email
Email
Copyright © 2021 Medicare. All Rights Reserved. by oneline.az
  • Əsas Səhifə
  • Haqqımızda
  • Əlaqə
X