Medcare Avropanın keyfiyyətli məhsullarına üstünlük verir.

Facebook Linkedin Instagram Mail
Əlaqə Saxla
  • Əsas Səhifə
  • Haqqımızda
  • Karyera
  • MELİ Pharm
  • MBİ Group
  • MED Max
  • Əlaqə
  • Əsas Səhifə
  • Haqqımızda
  • Karyera
  • MELİ Pharm
  • MBİ Group
  • MED Max
  • Əlaqə

Evolook

Tərkibi:


Omeqa 3 - 400 mq
Lutein - 10 mq
Fol turşusu - 200 mkq
Vitamin B1 - 1.2 mq
Vitamin B2 - 1.5 mq
Vitamin B6 - 1.9 mq
Vitamin B12 - 3.5 mkq
Vitamin D - 5 mkq
Yodin - 100 mkq
Sink - 2.25 mq
Selen - 30 mkq

Göstərişlər:

• Beyin fəaliyyətinin və koqnitiv funksiyaların ( yaddaş və qavrama) stimulyasiyasında
• Göz xəstəliklərinin müalicə və profilaktikasında
• Göz yorğunluğunu aradan qaldırılması və göz əməliyyatlarından sonra bərpa prosesinin sürətlənməsi məqsədilə
• Xəstəliklərin kəskin və xəstəlikdən sonrakı bərpa dövründə immuniteti qaldırmaq məqsədilə
• Tənəffüs yollarının infeksiyaları
• Yeniyetmə və intensiv böyümə dövrü
• Vitamin və mineral çatışmazlığında
• Bir çox dəri xəstəliklərində və saç diblərinin gücləndirilməsində
• İştahsızlıq, distrofiya, zəiflik, zehni yorğunluq kimi hallar zamanı
• Hamiləlik zamanı və südvermə dövründə yaranan avitaminoz və hipovitaminozların müalicə və profilaktikası. Həmçinin, hamiləliyə hazırlıq dövrü.
• Onkoloji xəstəliklərin şüa və kimyəvi terapiyası zamanı aktiv profilaktika tədbirlərinin parılması məqsədi ilə.
Əks göstərişləri:
Tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.
Dozalanması: : Səhər yeməyi vaxtı 1 kapsul 1 dəfə bol maye ilə qəbul edilir.
Buraxılış forması: № 30 kapsul
İstehsalçı ölkə: Türkiyə

Xüsusiyyətləri:

Farmakaloji təsiri:
Evalook Omeqa 3–lə kombinə olunmuş vitamin- mineral kompleksidir. Tərkibindəki bütün vitamin, mineral, makro- və mikroelementlər bioloji aktiv halda və rahat mənimsəniləcək birləşmələr formasındadır.
Omega 3- Orqanizmdə mübadilə proseslərini normallaşdırır, triqliseridlərin, kiçik özlüklü lipoproteinlərin miqdarını azaldır. Beyin qan dövranını yaxşılaşdırır, hipoksiya və arterial təzyiqin düşməsi zamanı baş beyin damarlarının dözümlülüyünü artırır. Doymamış yağ turşuları beyinin boz maddəsinin hüceyrə membranlarına və gözün torlu qişasına daxil olub, neyronlararası impulsların ötürülməsinə cavabdehdirlər. Beyin fəaliyyətini və yaddaşı yaxşılaşdırır. Ürək- damar sistemini aktivləşdirir, revmatoid xəstəliklərinin inkişafının qarşısını alır. Yaraların və çapıqların sağalmasına kömək edir.
Lutein- Orqanizmdə əmələ gəlmir . Bu əvəzsiz maddə gözün fəaliyyətinə, görmə itiliyinə və göz toxumalarının qidalanmasına öz müsbət təsiri ilə diqqəti cəlb etmişdir. Eyni zamanda qanda şəkərin miqdarını normallaşdırmaq və toxumaları sərbəst radikalların mənfi təsirindən qorumaq xüsusiyyəti Lutein-nin geniş tətbiqinə əsasdır.
Fol turşusu- suda həll olan B qrupu vitaminidir. Immun və qanyaranma sistemlərinin funksiyalarında mühüm rol oynayır.
Biotin- maddəlrin enerjiyə cevrilməsinə kömək edən B qrup vitaminlərdən biridir. Saç, dırnaq, dərinın saglamlığı , qaraciyər və sinir sisteminin normal fəaliyyəti üçün vacibdir.
Sink (Zn) – orqanizmdə 200-dən çox fermentin əsas hissəsini təşkil edir. Insulinin aktivləşməsi, toxuma tənəffüsü, qanyaranma, dəri və selikli qişaların bərpası üçün sink ən vacib mikroelementlərdən biri hesab olunur.
Vitamin E – zülalların və hemin biosintezində, hüceyrələrin proliferasiyasında, toxuma tənəffüsündə və digər vacib toxuma metabolizmi proseslərində iştirak edir. Güclü antioksidant olduğundan balıq yağının oksidləşməsinin qarşısını alır. Vitamin B6 – Mərkəzi və periferik sinir sisteminin normal funksiyası üçün vacib əhəmiyyət kəsb edir, bağırsaqlardan dəmirin və amin turşularının sorulması prosesini aktivləşdirir. Vitamin B1 – sinir-əzələ keçiriciliyini normallaşdırır, oksidləşmə-reduksiya proseslərində, mukopolisaxaridlərin, zülalların, karbohidratların mübadiləsində iştirak edir. Vitamin B3 (nikotinamid) bütün mübadilələr üçün vacib vitamin olmaqla, beyin və periferik toxumalarda qan dövranının normal olmasını təmin edir. Vitamin B2 – toxuma tənəffüsü, dəri və selikli qişaların tamlığı üçün vacibdir. Vitamin D – kalsiumun bağırsaqlardan mənimsənilməsi və qanda kalsiumun və fosfatların münasib miqdarının təminatı, onların organizmin hüceyrələrinə daşınmasına cavab verir. Həmçinin sümüklərin normal mineralizasiyası üçün vacibdir.

Ünvan

Bakı ş, Əhməd Rəcəbli küçəsi 33

Əlaqə

(+994) 51 310 46 25

(+994) 12 464 84 65

Medcare şirkəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılmış və sertifikatlaşdırılmış yüksək keyfiyyətli əczaçılıq məhsulları və bioloji aktiv fəallığa malik qida əlavələrinin apteklərdən və rəsmi destribyutorlardan satışını təmin edir …

MEDCARE

  • MELİ Pharm
  • MBİ Group
  • Karyera

Sosial

Share on facebook
facebook
Share on instagram
instagram
Share on email
Email
Copyright © 2021 Medicare. All Rights Reserved. by oneline.az
  • Əsas Səhifə
  • Haqqımızda
  • Əlaqə
X