Medcare Avropanın keyfiyyətli məhsullarına üstünlük verir.

Facebook Linkedin Instagram Mail
Əlaqə Saxla
  • Əsas Səhifə
  • Haqqımızda
  • Karyera
  • MELİ Pharm
  • MBİ Group
  • MED Max
  • Əlaqə
  • Əsas Səhifə
  • Haqqımızda
  • Karyera
  • MELİ Pharm
  • MBİ Group
  • MED Max
  • Əlaqə

Melimax

Tərkibi:


Betaqlükan - 75 mq
Vitamin E - 25 mq
Selen - 25 mkq
Sink - 7.5 mq
Vitamin C - 60 mq

Göstərişlər:

• İmmun sistemin möhkəmləndirilməsinə ehtiyac olan vəziyyətlər:
• Virus, bakteriya, göbələk və parazitar mənşəli infeksion xəstəliklər;
• Stress;
• Xroniki yorğunluq sindromu;
• Hamilələrin virus infeksiyaları;
• Cərrahi əməliyyatdan sonrakı bərpa dövrü;
• Vərəm xəstəliyi;
• ASLP xolesterin və triqliseridlərin azalması zamanı;
• Kimya terapiyası və radioterapiya zamanı, əvvəl, həmçinin sonra saxlayıcı effektə çatmaq üçün;
• Yüksək şüalanma zamanı ( uzaq uçuşlar, rentgen, mammoqrafiya, ultrayüksək tezlikli şüalanma, mobil telefon və s.);
• Diabet xəstəliyi.
Əks göstərişləri:
Tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.
Dozalanması: :1 tablet gün ərzində 1- 2 dəfə. Qəbul yeməkdən yarım saat sonra bol maye ilə tövsiyə edilir.
Buraxılış forması:№ 30 tablet
İstehsalçı ölkə: Türkiyə

Xüsusiyyətləri:

Farmakaloji təsiri: Kombinə edilmiş immunostimulyator, antioksidant vasitə Melimax immuniteti aktivləşdirməyə və orqanizmi soyuqdəymədən və qripdən qorumağa kömək edən beş aktiv maddədən ibarətdir. Melimax preparatının tərkibindəki Beta qlükan vələmir ekstraktından (Avena sativa extrakt) alınmış unikal komponentdir. Bu orqanizmin müxtəlif xəstəliklərə qarşı müqavimətini artıran təbii maddədir. Komponent immun sisteminin hüceyrələrinin (makrofaqların, T-limfositlərin, təbii killerlərin) fəaliyyətini tənzimləyir. Sitokinlərin (interleykin), interferon sintezini artırır. Beta glukan güclü antioksidant təsirə malikdir. Eyni zamanda beta qlükanın antiviral, antibakterial, antifunqal təsiri elmi subutlarla təsdiqini tapmışdır.
Vitamin E - Qan dövranını yaxşılaşdırmaqla toxumaların regenerasiyasını sürətləndirir. Lipidlərin oksidləşməsini zəiflətməklə sərbəst radikalların yaranmasının qarşısını alır, hüceyrələri zədələnməkdən qorumaqla antioksidant təsir göstərir. Vitamin E həmçinin hüceyrəarası kollagen və elastiki liflərin formalaşmasında iştirak edir. Tokoferol qanın laxtalanmasının qarşısını almaqla periferik qan dövranını yaxşılaşdırır. Həmçinin zülalların və qonadotropinin biosintezində iştirak edir.
Sink - timusun fəaliyyəti və immun sisteminin normal vəziyyəti üçün həyati vacib mikroelementdir. O, antitellərin sintezini stimullaşdıraraq immundefisitin qarşısını alır. Kişi cinsiyyət vəzilərinin funksiyalarını yaxşılaşdırır (kişi cinsi hormonu olan dihidroksitestesteronun sintezində iştirak edir). Cinsiyyət vəzi toxumalarında yüksək kosentrasiya təşkil etdiyindən kişi və qadınlarda seksual funksiyanın yerinə yetirilməsində bilavasitə iştirak edir.
Selen - İnsan orqanizmində müxtəlif liposaxaridlərin, zülların və fermentlərin fəaliyyəti üçün vacib rola malikdir. Çox güclü antikanserogen təsirə malik olmaqla müxtəlif bədxassəli şişlərin yaranmasının və inkişafının qarşısını alır. Həmçinin selen spermatozoidlərin müdafiəsini və hərəkətliliyini təmin edir. Buna görə də kişi sonsuzluqları zamanı geniş istifadə olunur. Selen qalxanabənzər vəzin tərkibində yod olan hormonların sintezi üçün əvəz olunmaz rola malikdir, buna görə də yod çatışmazlığı ilə mübarizədə geniş istifadə olunur. Güclü antioksidant təsirə malikdir.
Vitamin C - Orqanizmdə iki əsas funksiyanı yerinə yetirir: immunitetin möhkəmlənməsi və psixikanın stabilləşməsi. Orqanizmdə sintez olunmur, qida vasitəsilə qəbul olunur. Oksidləşmə- reduksiya proseslərində, karbohidrat mübadiləsində, toxuma regenerasiyasında iştirak edir. Orqanizmin infeksiyalara qarşı davamlılığını artırır, damar keçiriciliyini zəiflədir. Dəmir, fol turşusu, histamin, karbohidratların utilizasiyası, lipid, zülal, karnitin sintezi, immun reaksiyalarda iştirak edir. Güclü antioksidant təsirə malikdir.

Ünvan

Bakı ş, Əhməd Rəcəbli küçəsi 33

Əlaqə

(+994) 51 310 46 25

(+994) 12 464 84 65

Medcare şirkəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılmış və sertifikatlaşdırılmış yüksək keyfiyyətli əczaçılıq məhsulları və bioloji aktiv fəallığa malik qida əlavələrinin apteklərdən və rəsmi destribyutorlardan satışını təmin edir …

MEDCARE

  • MELİ Pharm
  • MBİ Group
  • Karyera

Sosial

Share on facebook
facebook
Share on instagram
instagram
Share on email
Email
Copyright © 2021 Medicare. All Rights Reserved. by oneline.az
  • Əsas Səhifə
  • Haqqımızda
  • Əlaqə
X