Xüsusiyyətləri:
Farmakaloji təsiri: Neyroprotektor, psixostimulyator, nootrop və antioksidant. Preparatın tərkib komponenti olan fosfotidilxolin və fosfotidilserin - fosfolipidlərə aid olduğundan bütün hüceyrə membranlarının əsasını təşkil edirlər.
Fosfatidilxolin və fosfatidilserin toxumalarda hüceyrələrinin daxili və xarici membranın tamlığını təmin edərək, membranoprotektor təsir göstərirlər, membran fosfolipidlərinin miqdarını artıraraq, sinir toxumasının strukturunu bərpa edirlər. Fosfatidilxolin eyni zamanda serebral qan dövranını stimulyasiya edir, toksik təsirli yağ turşularının infarkt sahəsinə toplanmasının qarşısını almaqla zədə nahiyyəsinin sürətlə bərpasına şərait yaradır, hüceyrə nekrozunun qarşısını alır. Digər nootroplardan fərqli olaraq beyində sinir impulslarının ötürülməsini təmin edən asetilxolinin birbaşa sintezində iştirak edir, dopamini artırır. Buna görə də apatiya qısa müddətdə aradan qalxır, yaddaş və diqqət yaxşılaşır, əhval - ruhiyyə və əqli fəaliyyət yüksəlir.
Dimetilqlisin – beyin metabolizmini aktivləşdirən əvəz olunmayan amin turşudur. Mərkəzi sinir sisteminin tormozlayıcı mediator kompleksinə aid olmaqla, sedativ və antidepresiv təsirlərə malikdir. Qlisin reseptorların fəaliyyətini tənzimləyərək psixo-emosional gərginliyi və aqresivliyi aradan götürməklə sosial adaptasiyanı və əhval-ruhiyəni yaxşılaşdırır.
Ginkgo biloba nootrop olaraq beyin qan dövranını yaxşılaşdırır, beyin toxumasında oksigen və qlükozanın mənimsənilməsini və metabolik prosesləri normallaşdırır. Bele ki o, beyin damarlarını genişləndirərək mikrosirkulyasiyanı yaxşılaşdırır, trombositlərin aqreqasiyasını tormozlayaraq qanın reoloji xassələrini normallaşdırır, toksik təsirli sərbəst radikalları inhibə edir. Ginkgo biloba beynin oksigen təchizatını yaxşılaşdıraraq sintez olunan ATF miqdarını kəskin artırır, neyromediatorların sintezini sürətləndirərək koqnitiv funksiyalara pozitiv təsir göstərir
İnozitol – Sinir hüceyrələrini bərpa ederek funksional dəyişikliklərin orqanizmə mənfi təsirini azaldır. Yuxusuzluğun , depressiyanın müalicəsində mühüm rol oynayır . Damar divarında kollagenin və elastininin sintezinin stimulyasıyasında iştirak edərək onların möhkəmliyini və elastikliyini artırır.
Vitamin B1, B2, B6 və B12 orqanizm üçün vacib olan bir çox mübadilə proseslərində iştrak edərək, sinapslarda sinir impulsların keçiriciliyini yaxşılaşdırırlar, ürəyin fəaliyyətini tənzimləyirlər, mərkəzi və periferik sinir sisteminlərinin normal fəaliyyətini təmin edirlər.
Fol turşusu (vitamin B9) qanın və immun sistemin formalaşmasında vacib elementlərdən biridir. Fol turşusu meqoblastların normal yetişməsinə və normoblastların əmələ gəlməsində vacib rol oynayır. Onun çatışmamazlığı aterosklerotik dəyişikliklərin markeri olan homosisteinin qan plazmasında toplanmasına səbəb olur.
Vitamin C - Orqanizmdə iki əsas funksiyanı yerinə yetirir: immunitetin möhkəmlənməsi və psixikanın stabilləşməsi. Orqanizmdə sintez olunmur, qida vasitəsilə qəbul olunur. Oksidləşmə- reduksiya proseslərində, karbohidrat mübadiləsində, toxuma regenerasiyasında iştirak edir. Orqanizmin infeksiyalara qarşı davamlılığını artırır, damar keçiriciliyini zəiflədir. Dəmir, fol turşusu, histamin, karbohidratların utilizasiyası, lipid, zülal, karnitin sintezi, immun reaksiyalarda iştirak edir. Güclü antioksidant təsirə malikdir.
