Xüsusiyyətləri:
Farmakoloji qrupu: HepatoprotektorFarmakaloji təsiri:
L-ornitin - Orqanizmdə azotun metabolizmi nəticəsində əmələ gələn amonyakın kənarlaşdırılmasında müstəsna rola malikdir. Azot tərkibli maddələrin xaric olması endogen zəhərlənmənin qarşısını alır və sinir sisteminə müsbət təsir göstərir. L-ornitin qlükoza sintezində iştirak edərək onun qanda miqdarını normallaşdırır. L-ornitin bərpaedici, immunokorrektor, qoruyucu xüsusiyyətə malikdir.
Silimarin - Silimarin hepatoprotektor, hepatoregenerator, antioksidant , antixolesterin , iltihab əleyhinə, antifibrotik təsir gostərir. Sitoxrom P 450 və digər mikrosomal enzimlərin aktivliyini artırmaqla qaraciyərin zərərli maddələrə qarşı davamlılığını artırır. Silimarin qaraciyəri toksiki maddələrin təsirindən (alkoqol, narkotik, qida toksinləri və s) qoruyur. Silimarinin tərkibində OH qrupu cox miqdarda olduguna gorə silimarin sərbəst radikalları neytrallaşdırır, hansı ki, kəskin və xroniki iltihabı proseslərdə əmələ gəlib və sonda hepatositləri və kupffer huceyrələrini zədələyirlər. Maddələr mubadiləsini normallaşdırır , qanda və hepatositlərdə lipidlərin səviyyəsini aşağı salır, bununlada qaraciyərin piy distrofiyasının inkişafının qarşısını alır. Zədələnmiş huceyrələrdə preparat zulalların və fosfolipidlərin sintezini gucləndirir, və bunun nəticəsində huceyrənin divarı möhkəmlənir və komponentlərin itkisinin qarşısı alınır. Silimarin prostaglandinlərin sintezını inhibə etmək nəticəsində iltihab əleyinə təsirə malikdir. Silimarinin ödqovucu təsiri var, eyni zamanda xoleretik və xolekinetik təsirə malikdir.
Silimarin qaraciyər xəstəlikləri olan xəstələrin umumi vəziyyətini yaxşılaşdırır, subyektiv şikayətləri azaldır (zəiflik, sağ qabırğa altinda ağırlıq hissi, iştahın pozulması, qusma, dəri qaşınması), laborator gostəriciləri normallaşdırır (transaminazanın, gamma-glutamiltransferazanın, qələvi fosfatazanın fəallığı, bilirubinin miqdarı). Uzunmüddətli qəbul qaraciyər sirrozu olan xəstələrin ömrünü uzadır.
Artişok ( ənginar)- Xüsusilə qaraciyərə müsbət təsirləri ilə tanınan ənginar müxtəlif faydalı xüsusiyyətlərə malikdir. Bu maddə qaraciyəri təmizləyir, mədəni qoruyur və ən əsası ürək xəstəliklərinə yaxşı təsir göstərir. Həmçinin, özündə bir çox vitamini, maqnezium, sink, kalium, kalsium və lif kimi maddələr ehtiva edir. Qanı təmizləmək və xolestrini normal saxlamaq, azaltmaq üçün istifadə edilir. Ənginar həzm sisteminin işini yüksək dərəcədə dəstəkləyir. Amin turşuları ilə zənginliyi mədə turşuluğunu tarazlıqda saxlamağa kömək edir. Mədə və bağırsaqları təmizləyən artişok şişkinliyi və köp əmələ gəlməsini azaldır. Bu faydalı maddə natrium, kalium, kalsium, dəmir və mis zənginliyi ilə qan hüceyrələrini gücləndirir. Məlumdur ki, ənginar aşağı kalorili və az yağlılığa malikdir, lakin lif nisbəti ilə zəngindir. Bədənin qidalanmasını təmin edir və toxluq hissi verir. Buna görə dietoloqlar tərəfindən arıqlamaq istəyən insanlar üçün tövsiyə olunur və pəhriz proqramlarında istəfadəsi tövsiyyə olunur. Antioksidant xüsusiyyətinə görə qaraciyər detoksuna ehtiyacı olan insanların istehlak etdiyi ən vacib maddə hesab olunur. Mütəmadi olaraq ənginar tərkibli preparatların qəbulu sümükləri gücləndirir, eyni zamanda bədənin gündəlik K vitamini ehtiyacının çoxunu ödəməyə imkan verir. İnkişaf yaşındakı şəxslərin ənginar qəbuletməsi tövsiyyə olunur. Ənginar, vitamin və antioksidanlarla zəngin olması sayəsində bədəndə hüceyrə sağlamlığını və funksiyalarını qorumaq üçün də vacibdir. Hüceyrə yeniləyici xüsusiyyəti ilə dəri təcrübəsini əhəmiyyətli dərəcədə saxlayır.
