
Evaxina 100 ml infuziya üçün məhlul
Təsiredici maddə:
100 ml infuziya üçün məhlulun tərkibində :
Levooflaksasin hemihidrat – 500 mq
Farmakoterapevtik qrupu: Ftorxinolonlar qrupundan olan Mikrobəleyhinə preparat
Farmakoloji xüsusiyyətləri: Ftorxinolonlar qrupuna aid olan antibiotikdir. Geniş təsir spektrinə malikdir.Aktiv maddəsi – ofloksasinin izomeri olan – levofloksasinin hemihidratıdır. Ofloksasindən daha effektlidir. Bakterisid təsirə malikdir. Təsir mexanizmi mikrob hüceyrəsininDNT – qirazasının blokadasına, DNT –nin superspiralizasiyanın pozulmasına əsaslanır. Bunun nəticəsində mikrob hüceyrəsinin membranın, sitoplazmasınınvə hüceyrə divarının quruluşunun dönməz dəyişilməsi baş verir. Orqan və toxumalarda geniş yayılır. Levofloksasin qrammüsbət , bəzi qrammənfi aerob və hüceyrədaxili bakteriyalara təsir göstərir. Bir çox antibiotiklərə və sulfanilamid preparatlarınaqarşı davamlı mikroorqanizmlərə qarşı aktivdir. Preparata xüsusilə: E. Coli, Klebsiella spp., həmçinin Klebsiella pneumonia, Proteus mirabilis, Proteus vulgaris, Serratiaspp., Enterobacter spp., Providencia spp., Citrobacter spp., Salmonella spp., Shigella sonnei, Yersinia spp., Vibrio spp., Neisseria gonorrhoeae, Neisseria meningitidis, Haemophilus influenzae, Haemophilus ducreyi, Aeromonashydrophilia, Bordetella pertussis, Moraxella catarrhalis, Propionibacterium acnes, Staphylococcus spp., Staphylococcus aureus, Legionella spp., Brucella spp., Chlamidia trachomatis, Mycoplasma spp., tez inkişaf edənatipik mikobakteriyalar, həmçinin beta-laktamaza hasil edən bakteriyalar həssasdır.
Oflo-ya nisbi həssasdırlar: Acinetobacter spp., Enterococcus spp., (həmçinin pnevmokokklar), Clostridium perfringens, Corynebacterium spp., Campylobacter spp.,Helicobacter pylori, Listeria monocytogenes, Pseudomonas aeruginosa, Gardnerella vaginalis, Mycobacterium tuberculosis, Ureaplasma urealyticum.
Farmakokinetikasi:
Qan plazması zülalları ilə birləşməsi – 30-40% təşkil edir. Levofloksasin böyükyayılma həcminə malikdir, buna görə preparatın demək olar ki hamısı hüceyrələrə daxil olaraq orqan, toxuma və orqanizmin maye mühitində (ağciyərlər,öd, dəri, lor-orqanlar, sümüklər, cinsi orqanlar, prostat) yüksək konsentrasiyalar əmələ gətirir. Hematoensefalik və plasentar baryerlərdən keçir,südlə ifraz olunur. Levofloksasinin yarımparçalanma dövrü 6-8 saatdır. Qəbul olunmuş dozanın 87%-i böyrəklərlə dəyişilməmiş haldaifraz olunur; 4%-ə yaxın levofloksasin nəcislə xaric olur.
İstifadəsinə göstərişlər:
Tənəffüs yollarının infeksiyaları ( xroniki broxitin kəskinləşməsipnevmoniyalar
Lor orqanlarının xəstəlikləri . ( kəskin sinusit . larıngit , faringit , haymorit, frontit , otit )
Böyrəklərin, sidik çıxarıcı yolların, prostat vəzinin,uretranın infeksiyaları (həmçinin qonokokk mənşəli)
Qarın boşluğu orqanlarının və öd yollarının infeksiyaları
Ginekoloji infeksiyalar ( kolpit , adneksit , servisit , salpinqooforit , endometrit , parametrit,(həmçininqonokokk və xlamidiyaların törətdikləri )
Dərinin, yumşaq toxumaların, sümük və oynaqların infeksiyaları;
Vərəmin kompleks müalicəsi zamanı
Bakteriemiya / septisemiya.
Buraxılış forması: 100 ml infuziya üçün məhlul
İstehsalçı: Laboratorios NORMON . İSPANİYA