Medcare Avropanın keyfiyyətli məhsullarına üstünlük verir.

Facebook Linkedin Instagram Mail
Əlaqə Saxla
  • Əsas Səhifə
  • Haqqımızda
  • Karyera
  • MELİ Pharm
  • MBİ Group
  • MED Max
  • Əlaqə
  • Əsas Səhifə
  • Haqqımızda
  • Karyera
  • MELİ Pharm
  • MBİ Group
  • MED Max
  • Əlaqə

Renosist № 30 tablet .

Tərkibi :                                                                                                                                                                                                                      

                    Lobya meyvə yanlığının ekstraktı         -   78 mq

                    Tozağacı yarpağının ekstraktı             -   70 mq

                    Mərsin (Vitis) ekstraktı                    -    66 mq

                    Rozmarin                                   -     30 mq

                    Qatırquyruğu                              -     25 mq

                    Kalium sitrat                                     

                    Natrium sitrat                                  

Farmakoloji təsiri:  İltihab əleyhinə, uroseptik, diuretik, litolitik, spazmolitik

Xüsusiyyətləri: Preparatın klinik effekti inqrediyentlərin tərkibindəki esssensial yağlar, flavonoidlər, fenolkarbon turşuları və onların törəmələri, rozmarin turşusu ilə  bağlıdır. Adı çəkilən aktiv maddələr böyrək kapiliyarlarının keçiriciliyini azaldır, boyrək və uretra damarlarını genişləndirir, renal kanalcıq epitelinin funksiyasını bərpa edir,  iltihab mediatorlarının sintezini və aktivasiyasını ləngidir. Sidik turşusu duzlarının xaric olmasını stimullaşdırır və bununla da kristalların formalaşmasının, daş əmələ gəlməsi və onların böyüməsinin qarşısını alır, sidiyin ph-nı normallaşdırır və sərbəst radikal reaksiyalarını ləngidir, bakteriyalrın membranını dağıdır, bakterial hialuronidazanı tormozlayır, zülalın sidikdə xaric olmasını azaldır və tubulyar aparatın fəaliyyətini qoruyur.

Lobya meyvə yanlığının ekstraktı  - Diuretik, spazmolitik, iltihab əleyhinə təsirə malikdir. Əsasən böyrək kanalında infeksiyaları aradan qaldıraraq pH-ı normallaşdırır, göynəmə və  yanğını azaldır. Orqanizmdən artıq duzları xaric etməyə kömək edir. Bu səbəbdən  böyrək daşı xəstəliyi və podaqra zamanı çox faydalıdır.

Tozağacı yarpağının ekstraktı - sidikqovucu, antibakterial, iltihabəleyhinə təsirlərə malikdir. Xüsusən karbonat və fosfat tərkibli konqlomeratlara qarşı güclü urolitik təsir edir. Eyni zamanda sidik kanalında spazm və ağrını azaldır.

Mərsin (Vitis) ekstraktı  -   İltihabəleyhinə, antimikrob və sidikqovucu təsirlərə malikdir. Böyrəklərin filtrasiyasını artiraraq durğunluğun aradan qalxmasını, sidik kisəsində qum və daş toplanmasını önləyir       Rozmarin yarpağının ekstraktı  -  aktiv spazmolitik, diuretik,  bakteriostatik təsirlərlə yanaşı xoloretik effektə də malikdir. Sidikqovucu və spazmolitik təsirləri sidik ləngiməsinin və qalıq sidiyin toplanmasının qarşısını alır.

Qatırquyruğu gövdəsinin ekstraktı -  Onun iltihabəleyhinə, antibakterial, sidikqovucu, spazmolitik təsirləri mövcuddur. Bundan əlavə bitki damar divarını möhkəmləndirir, maddələr mübadiləsini normallaşdırır. Sidikqovucu xüsusiyyəti sayəsində orqanizmdən kiçik konkrementlərin xaric olunmasına şərait yaradır.

Göstərişləri:

Dizurik simptomlarda ( göynəmə, qızartı, qaşınma və s.)

Sidik-cinsiyyət sisteminin kəskin və xroniki iltihabi xəstəlikləri.

Uretrit , sistit, pielonefrit

Arterial II-III dərəcə ürək-damar çatışmazlığı (ürək qlikozidləri ilə birgə)

Sidik kanalında duzların kristallaşması zamanı

Litolitik (Böyrək daşı xəstəliyi)

Diuretik (sidik qovucu) kimi

Podaqra xəstəliyi

Hamilələrdə dizurik simptomlar zamanı

 

Dozalanma: Profilaktika məqsədilə 1 tablet gündə 1  dəfə yeməkdən sonra . Müalicə məqsədilə 1 tablet gündə 2 dəfə yeməkdən sonra bol maye ilə

Buraxılış forması: № 30 tablet .

İstehsalçı ölkə:İtaliya 


Ünvan

Bakı ş, Əhməd Rəcəbli küçəsi 33

Əlaqə

(+994) 51 310 46 25

(+994) 12 464 84 65

Medcare şirkəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılmış və sertifikatlaşdırılmış yüksək keyfiyyətli əczaçılıq məhsulları və bioloji aktiv fəallığa malik qida əlavələrinin apteklərdən və rəsmi destribyutorlardan satışını təmin edir …

MEDCARE

  • MELİ Pharm
  • MBİ Group
  • Karyera

Sosial

Share on facebook
facebook
Share on instagram
instagram
Share on email
Email
Copyright © 2021 Medicare. All Rights Reserved. by oneline.az
  • Əsas Səhifə
  • Haqqımızda
  • Əlaqə
X