Medcare Avropanın keyfiyyətli məhsullarına üstünlük verir.

Facebook Linkedin Instagram Mail
Əlaqə Saxla
  • Əsas Səhifə
  • Haqqımızda
  • Karyera
  • MELİ Pharm
  • MBİ Group
  • MED Max
  • Əlaqə
  • Əsas Səhifə
  • Haqqımızda
  • Karyera
  • MELİ Pharm
  • MBİ Group
  • MED Max
  • Əlaqə

Biorelax No30 tablet

Tərkibi:Sitikolin- 100 mg

             GABA- 150 mg

             Uridin-60 mg

             Sitidin-60 mg

             Qlisin-100 mq

             Vitamin B1- 6mg

             Vitamin B6-1 mg

 

Farmakoterapevtik qrupu: Neyroprotektor, psixostimulyator, nootrop və antioksidant

Farmakoloji xüsusiyyətləri: 
Sitikolin sinir hüceyrələrini sitidin və xolin kimi əsas komponentlərə təmin etdiyindən membran fosfolipidlərinin miqdarını artırır, membranoprotektor təsir göstərir. Neyronların membranının tamlığını təmin etməklə yanaşı onların  plastikliyini də təmin edir. Eyni zamanda serebral qan dövranını stimulyasiya edir, fosfolipazanı inhibə edərək, toksik təsirli yağ turşularının infarkt sahəsinə toplanmasının qarşısını alır, apoptoz mexanizmlərini dayandıraraq,  zədə nahiyyəsinin bərpasına şərait yaradır. Asetilxolinin birbaşa sintezində iştirak edərək, beyində sinir impulslarının ötürülməsini təmin edir, dopamini  artırır, MSS stimulaşdırır, retikulyar formasiyanın aktivliyini artırır, əhval – ruhiyyə və əqli fəaliyyəti yüksəldir. Buna  görə də  hipoksiya zamanı yaranmış simptomlar qısa müddətdə aradan qalxır, yaddaş, diqqət yaxşılaşır, tanıma və orientasiya yüksəlir.

Gamma aminyağı turşusu (QAYT ) – aminturşusudur, MSS – də  metabolizmi stimulə edir, nootropdur. Mərkəzi prosesslırinin ləngiməsində əsas neyromediator rolunu oynayır.  QAYT amin turşusundan  digər aminturşusu qlütamin   əmələ gəlir.  QAYT  neyronların aktivliyini azaldır və sinir hüceyrələrinin qıcıqlanmasının qarşısını alır. Qıcıqlanmanı aradan götürdüyü üçün  sakitləşdirici təsir göstərir. Beyin qan dövranını yaxşılaşdırır, energetik prosessləri fəallaşdırır, toxumaların tənəffüs aktivliyini çoxaldır, qlükozanın utilizasıyasını və mübadilə nəticəsində əmələ gələn toksiki məsulların ləgv olunmasını yaxşılaşdırır. Beyində baş verən sinir prosesslərinin dinamikasını yaxşılaşdırır, düşüncənin səmərəliyini artırır, yaddaşı yaxşılaşdırır, orta psixostimuləedici, antihipoksik və qıcolmaəleyinə təsir göstərir. Beyin qan dövranın pozulmalarından sonra nitq və hərəkət funksiyalarının bərpasında iştirak edir. Yüngül hipotenziv təsir göstərir, əvvəlcədən artmış arterial təziqi və hipertoniya ilə bağlı əlamətləri (başqicəllənmə, yuxusuzluq) azaldır. Şəkərli diabet olan xəstələrdə qanda olan qlükozanın miqdarını azaldır. Plazmada maksimum konsentrasiyaya 60 dəqiqəyə çatır. Hematoensefalitik   baryerdən yaxşı keçir.

L-qlisin insan orqanizmində bir çox biokimyəvi proseslərdə fəal iştirak edən əvəz edilə bilən amin turşusudur. Sinir impulslarının tənzimlənməsində  böyük rol oynayır, buna görə xəstənin psixoloji vəziyyəti normallaşır. Bu amin turşu maddələr mübadiləsini tənzimləyir, mərkəzi sinir sistemindəki qoruyucu inhibe prosesini başladır və normallaşdırır, antitoksik, alfa1-adrenerjik blokator və antioksidant təsir göstərir. L- qlisin  glutamat  reseptorlarının fəaliyyətini tənzimləyir.

Sitidin və Uridin hematoensefalitik baryeri keçərək mərkəzi sinir sistemində bir sıra prosesləri (Krebs ,pentozomonofosfat, suksinat və qlükuron tsiklini) aktivləşdirir, hətta işemiya şəraitində toxuma tənəffüsünü və enerji sintezini təmin edir. Süd turşusu və ammonyakın yığılmasının qarşısını alaraq metabolik asidozu və xroniki yorğunluğu aradan qaldırır. Sitidin və uridin mielin qişasının əsas tərkib hissəsi olan sfinqomielin və serebrozidlərin sintezini stimulə edərək sinir liflərinin mielinizasiyasını, zədələnmiş akson və mielin qişasının regenerasiyasını və əzələ trofikasını təmin edir. Orqanizmdə asetilxolin sintezini azaltmadan membran fosfolipidlərinin sintezini stimulə edir. Nəticədə sinir keçiriciliyi, hissi və hərəki funksiyalar yaxşılaşır, iltihab əlamətləri, ağrı və keyimə hissi azalır. Uridin QAYT-nun mərkəzi sinir sistemində miqdarını artıraraq antikonvul-sant təsir göstərir və epileptogen ocaqların fəaliyyətini zəiflədir. Həmçinin, sitidin və uridin hüceyrə metaboliz-mi və zülal sintezində vacib olan DNT və RNT-nin sələfləridir.

Vitamin B6 (pridoksin) - koferment kimi bir çox metabolik proseslərdə, 60-dan çox enzimlərin, neyromediatorların sintezində, sinir sisteminin metabolik proseslərində iştirak edir. Magneziumun mədə-bağırsaq sistemindən daha tez sorulmasına, hüceyrələrə keçib orada saxlanmasına səbəb olur. Hamiləlik zamanı B6 vitamini toksikoz əlamətləri olan ürəkbulanma və qusmanı azaldır, mərkəzi sinir sisteminin oyanıqlığını aradan qal-dırır.
Vitamin B1- bədənin enerji istehsalına kömək edən bir koenzimdir. Qlükoza, amin turşuları və spirt metabolizmasında iştirak edir, sinir sisteminin, ürəyin və əzələlərin normal işləməsi üçün lazımdır.

. Göstərişləri: 

  • İşemik və hemorragik insultlardan sonrakı reabilitasiya dövrü, periferik parez və plegiyalar.
  • Kəskin və xroniki beyin qan dövranı çatışmazlığı (tranzitor işemiya, multiinfarkt demensiya, beyin arteriyalarının aterosklerozu, dissirkulyator ensefalopatiya).
  • Serebrovaskulyar çatışmazlığı zamanı  psixi və nevroloji pozulmalar (yaddaş  pozulması, başgicəllənmə, baş ağrıları, depressiya, stress, imtahana hazırlıq dövrü və s.).
  • Digər patologiyaların kompleks mualicəsi: Parkinsonizm, Alsqeymer xəstəliyi.
  • Ürəyin işemik xəstəlikləri.
  • Yaşla bağlı  görmə zəifliyi. Diabetik retinopatiya.
  • Baş beyinin travması zamanı yaranan  nevrotik hallar.
  • Periferik qan dövranı və mikrosirkulyasiya pozğunluğu. Aşağı ətrafların arterio və venopatiyaları.
  • Reyno sindromu.

Əks göstərişləri. Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.

İstifadə qaydası: 1 tablet gündə 1-2 dəfə bol maye ilə qəbul edilir. . Müalicə müddəti xəstəliklərin gedişinə və ağırlıq dərəcəsinə bağlıdır

Buraxılış forması: Biorelax No30 tablet

İstehsalçı ölkə:Bosniya -Herseqovina

Ünvan

Bakı ş, Əhməd Rəcəbli küçəsi 33

Əlaqə

(+994) 51 310 46 25

(+994) 12 464 84 65

Medcare şirkəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılmış və sertifikatlaşdırılmış yüksək keyfiyyətli əczaçılıq məhsulları və bioloji aktiv fəallığa malik qida əlavələrinin apteklərdən və rəsmi destribyutorlardan satışını təmin edir …

MEDCARE

  • MELİ Pharm
  • MBİ Group
  • Karyera

Sosial

Share on facebook
facebook
Share on instagram
instagram
Share on email
Email
Copyright © 2021 Medicare. All Rights Reserved. by oneline.az
  • Əsas Səhifə
  • Haqqımızda
  • Əlaqə
X