Hemojekt № 30 tablet
Dəmir qlükonat- Dəmir hemoqlobin sintezinin zəruri amili və onun əsas tərkib komponentlərindən biridir. Dəmir orqanizmdə oksigen daşınmasını təmin edir. Orqanizmdə oksidləşmə-reduksiya reaksiyalarında iştirak edir və qanyaranma prosesində xüsusi rol oynayır.Fol turşusu- meqaloblast anemiyanın müalicəsində mühüm komponentdir. Meqablastların yetişməsini və onların normoblastlara transformasiyasını təmin edir. B12 vitamini ilə birgə eritropoezi stimullaşdırır, nuklein turşularının (DNT) , purin və primidin əsaslarının sintezində, xolin mübadiləsində iştirak edir.
Vitamin C (askorbin turşusu)- orqanizmə gedən oksidləşmə-reduksiya proseslərinin tənzimlənməsində, karbohidrat mübadiləsində, qanın laxtalanmasında, toxumaların regenerasiyasında mühüm rol oynayır, orqanizmin müqavimətini artırır. Hamiləlik zamanı C vitamininin qəbulu trombotik ağırlaşmaların profilaktikasını təmin edir.
Vitamin B 12 – qanyaranma prosesində vacib rola malik purin və pirimidin əsaslarının, nuklein turşularının sintezində iştirak edir. Vitamin B 12 dölün inkişafı və böyüməsi , sinirlərin mielin qişasının formalaşmasında , eyni zamanda hamilələrin sinir sisteminin sağlamlığı üçün mühüm əhəmiyyətə malikdir .
Göstərişləri:
Latent və aşkar gedən anemiyalar ( Fol turşusu və dəmir defistli anemiyalar)
Dəmirə tələbatın artması: hamiləliyin II və III trimestrində, doğuşdan sonra və laktasiya dövründə, donorluq, hemodializ zamanı müşahidə olunan dəmir və fol turşusu defisitinin profilaktikası və müalicəsi
Cərrahi əməliyyatlardan sonrakı dövrdə, kəskin infeksion xəstəliklər, zərərli etioloji faktorların təsiri nəticəsində yaranan anemiyalar.
Müxtəlif etiologiyalı qanaxmalar (mədə-bağırsaq, hemorroidal və burun qanaxmaları, menometrorragiya) nəticəsində yaranan anemiyalar.
Müxtəlif dərman preparatlarının ( aspirin və digər QSİƏP-dən, antikuaqulyantlardan, hormonal, kontraseptiv və qıcolma əleyhinə preparatlardan uzunmüddətli istifadə) qəbulu zamanı yaranan anemiyalar
Helmintozlar nəticəsində yaranan anemiyalar
İntensiv böyümə dövrü: yeniyetmələr, reproduktiv yaşda olan qadınlar