Medcare Avropanın keyfiyyətli məhsullarına üstünlük verir.

Facebook Linkedin Instagram Mail
Əlaqə Saxla
  • Əsas Səhifə
  • Haqqımızda
  • Karyera
  • MELİ Pharm
  • MBİ Group
  • MED Max
  • Əlaqə
  • Əsas Səhifə
  • Haqqımızda
  • Karyera
  • MELİ Pharm
  • MBİ Group
  • MED Max
  • Əlaqə

Hemorok 12 rektal şam

Kalendula ekstraktı (Calendula) - Zəngin tərkibi hesabına Kalendula güclü iltihab əleyhinə təsirə malik olduğundan, istər yumşaq toxumalarda, istərsə də selikli qişada tez bir zamanda iltihabi prosesi aradan götürür. 

İkievli gicitkən ekstraktı (Urtica Dioica extract) - B2, B3, C vitaminləri mikroelementlər və makroelementlər ilə zəngindir. İltihabəleyhinə, antiseptik, ağrıkəsici və yarasağaldıcı xüsusiyyətləri var. Tərkibində olan K vitamininin hesabına qanın laxtalanmasını artırır ve qanaxmaların qarşısını alır.

Çobanyastığı ekstraktı (Chamomille) – Çobanyastığının qurudulmuş çiçəklərində olan müalicəvi xüsusiyyətlərinə töhvə verən çoxlu terpenoidlər və flovonoidlər var. Tərkibində olan xamazulen, apigenin, efir yağları, salisil turşusu hesabına iltihab əleyhinə, antiseptik, ağrıkəsici və spazmolitik təsir göstərir.

Sink Oksid - Sink Oksid dəriyə antiseptik və büzücü təsir edir, bir qədər qurudur. Bu xüsusiyyətlər sinki müxtəlif dəri problemləri zamanı çox effektli edir.

Çaytikanı yağı (Sea buckthorn oil) – tokoferol, karotin, yağ turşuları ilə zəngin olduğundan güclü iltihab əleyhinə, antioksidant, antibakterial və regenerasiyaedici təsirlərə malikdir. Selikli qişa  hüceyrələrini  toksiki maddələrdən, peroksid birləşmələrindən qoruyaraq onların yarada biləcəyi fəsadların qarşısını almış olur. Selikli qişa komponentlərinin sintezini gücləndirməklə, zədələnmiş nahiyələrin  sürətli regenerasiyasını təmin edir.

At şabalıdı ekstraktı (Aesculus Hippocastanum extract) – venalara tonuslandırıcı təsirə malikdir. Onun tərkibində eskulin və essin qlikozidləri vardır. Eskulin antitrombinin sintezini sürətləndirir. Essin iltihabəleyhinə və ödeməleyhinə təsir göstərir. At şabalıdı venoz damarların tonusunu artırır,venalarda qan axınını sürətləndirir və trombun əmələ gəlməsinin qarşısını alır. Lizosomal fermentlərin aktivləşməsinin qarşısını alaraq  kapilyarların divarında olan proteoqlikanların və mukopolisaxaridlərin parçalanması hallarını  aradan götürür.

D-pantenol – pantoten turşusunun (vitamin B5) törəməsi olub, selikli qişanın regenerasiyasını sürətləndirir, kollagen liflərin davamlılığını artırır və iltihab əleyhinə təsir göstərir. Zədələnmiş selikli qişanın tamlığını bərpa edir. Köməkçi maddələr aktiv komponentlərin tədricən və arasıkəsilmədən sorulmasına şərait yaradır.

Ağ palıd qabığının ekstraktı (Quercus Alba Bark extract) – C və E vitamini, karotinoid, flavonoid, mikroelementlər və makroelementlər ilə zəngindir. Adı çəkilən xüsusiyyətləri hesabına damar keyfiyyətini yaxşılaşdıraraq  tonusdan düşmüş damarların tonusunu bərpa edir, mikrosirkulyasiya prosesini sürətləndirir. Güclü antioksidant təsiri hesabına sağlam hüceyrələri yaranmış sərbəst radikalların zədələyici təsirindən qoruyur.

Göstərişləri:

  • Xarici və daxili hemorroy;
  • Anusun eroziyaları və mikrotravmaları;
  • Perianal ekzema;
  • Düz bağırsağın çatları;
  • Doğuşdan sonra yaranan hemorroy.

Ünvan

Bakı ş, Əhməd Rəcəbli küçəsi 33

Əlaqə

(+994) 51 310 46 25

(+994) 12 464 84 65

Medcare şirkəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılmış və sertifikatlaşdırılmış yüksək keyfiyyətli əczaçılıq məhsulları və bioloji aktiv fəallığa malik qida əlavələrinin apteklərdən və rəsmi destribyutorlardan satışını təmin edir …

MEDCARE

  • MELİ Pharm
  • MBİ Group
  • Karyera

Sosial

Share on facebook
facebook
Share on instagram
instagram
Share on email
Email
Copyright © 2021 Medicare. All Rights Reserved. by oneline.az
  • Əsas Səhifə
  • Haqqımızda
  • Əlaqə
X