Medcare Avropanın keyfiyyətli məhsullarına üstünlük verir.

Facebook Linkedin Instagram Mail
Əlaqə Saxla
  • Əsas Səhifə
  • Haqqımızda
  • Karyera
  • MELİ Pharm
  • MBİ Group
  • MED Max
  • Əlaqə
  • Əsas Səhifə
  • Haqqımızda
  • Karyera
  • MELİ Pharm
  • MBİ Group
  • MED Max
  • Əlaqə

Karikal № 30 tablet

Kalsium və D3 vitamini - Kalsium  insan orqanizmində metabolik proseslərin əsas minerallarından biri olub hüceyrənin tərkib hissəsinə daxildir. Eyni zamanda kalsium hüceyrə içi və hüceyrələr arası metabolizmdə , əzələ yığılmasında (ürək əzələsi daxil olmaqla), sinir impulslarının ötürülməsində ( sinir keçiriciliyində), qanın laxtalanmasında iştirak edir . D vitamini sümüklərin böyüməsinə və güclənməsinə təsir edən  kalsiumun sorulmasında iştirak edir. Həmçinin Kalsium D vitamini ilə birlikdə insan orqanizmində raxit və osteoparoza qarşı təsir göstərir. Kalsium sümük strukturunun bütövlüyünü qoruyur.

Maqnezium- Həyati önəmə sahib mikroelementlərdən biri olub , orqanizimdəki 300 dən çox fermentin aktivlik göstərməsində vacib rola sahibdir. ATF-in sintezində iştirak edir. Maqnezium sinir impulslarının öturulməsini, əzələlərin yığılma və boşalmasını, ürək - damar  sisteminin sağlamlığını təmin edən əsas mineraldır. 

Sink- Hüceyrə metabolizmində əsas rol oynayan fermentlərin tərkibinə daxil olmaqla hüceyrələrdə zülal və karbohidrat sintezini requlə edir. Hüceyrə membranının struktur möhkəmliyini, vitamin A-nın və vitamin E-nin biomənimsənilməsini, orqanizmdə insulinin sintezini  toplanmasını təmin edərək qanda şəkərin tənzimlənməsində mühüm rol oynayır. Sink D vitamininin təsirini gücləndirir və kalsiumun yüksək mənimsənilməsinə səbəb olur.

Mis- insanın həyat fəaliyyəti üçün vacib və əvəzedilməz mikroelementlərdən biridir. Birləşdirici toxumalarda kollagen və elastin sintezini artırır. Mitoxondriyalardan enerjini xaric edərək enerji defisitini aradan qaldırır. Orqanizmdə misin çatışmazlığı leykopeniya, neyropeniya, immun reaksiyaların pozulması, T limfosidlərin aktivləşməsi, osteoporoz, saçın tökülməsi, dərinin piqmentasiyası, zəiflik, yorğunluq və bir sıra digər formalarda özünü büruzə verə bilər. Həmçinin mis orqanizmdə antioksidant rolunu oynamış olur.

K2 vitamini- D3 vitamini ilə birlikdə K2 vitamininin qəbulu vacibdir. Bu iki vitamin insan orqanizmində kaslium seviyyələrinə nəzarət etmək üçün birlikdə fəaliyyət göstərirlər. D3 vitamini kalsiumun qana sorulmasını təmin edir, K2 vitamini isə orqanizmin hansı hissəsində kalsiuma ehiyac olduğunu göstərərək  toxumalarda artıq miqdarda Kalsium toplanmasının qarşısını alır. K2 vitamini Osteoparozda kalsiumla birlikdə yüksək effektə malikdir. Həmçinin  K2 vitamini beyindəki oksidativ stresi aradan qaldırır. Ana südünün tərkibinə daxildir və südə qarşı allergik reaksiya verən insanlarda tətbiq olunur.

Göstərişləri:

  • Kalsium və D3 vitamininə tələbatın artdığı hallar – hamiləlik və laktasiya   dövrü

     ( həkimlə məsləhətləşdikdən sonra)

  • Kalsium və D3 vitamininin çatışmazlığının aradan qaldırılması .
  • Xroniki böyrək çatışmazlığı zamanı yaranan Ca çatışmazlığında.
  • Postmenopauza və qocalma ilə əlaqədar osteoporozların müalicə və profilaktikası məqsədi ilə
  • Sink,mis və maqnezium minerallarının çatışmazlığının aradan qaldırılması .
  • Şəkərli diabet
  • Müxtəlif orqanik xəstəliklər (ürək-damar, həzm sistemi, tənəffüs sistemi, endokrin sistem) zamanı reabilitasiya məqsədilə
  • İmmun sistemin zəifləməsi halları.

Ünvan

Bakı ş, Əhməd Rəcəbli küçəsi 33

Əlaqə

(+994) 51 310 46 25

(+994) 12 464 84 65

Medcare şirkəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılmış və sertifikatlaşdırılmış yüksək keyfiyyətli əczaçılıq məhsulları və bioloji aktiv fəallığa malik qida əlavələrinin apteklərdən və rəsmi destribyutorlardan satışını təmin edir …

MEDCARE

  • MELİ Pharm
  • MBİ Group
  • Karyera

Sosial

Share on facebook
facebook
Share on instagram
instagram
Share on email
Email
Copyright © 2021 Medicare. All Rights Reserved. by oneline.az
  • Əsas Səhifə
  • Haqqımızda
  • Əlaqə
X