Medcare Avropanın keyfiyyətli məhsullarına üstünlük verir.

Facebook Linkedin Instagram Mail
Əlaqə Saxla
  • Əsas Səhifə
  • Haqqımızda
  • Karyera
  • MELİ Pharm
  • MBİ Group
  • MED Max
  • Əlaqə
  • Əsas Səhifə
  • Haqqımızda
  • Karyera
  • MELİ Pharm
  • MBİ Group
  • MED Max
  • Əlaqə

Bendatop No6 tablet

Tərkibi: Hər tabletin tərkibində

Albendazol – 400 mq

Farmakoterapevtik qrupu: Antihelmint dərman vasitəsi.

Farmakodinamikası:
Albendazol benzimidazol törəməsi, geniş təsir spektrinə malik antihelmint preparatdır. Preparat helmintin mikrotubulyar sisteminin quruluşunu pozur, beta-tubulin zülalının sintezini seçici şəkildə tormozlayır; biokimyəvi proseslərin gedişini dəyişir - qlükozanın utilizasiyasına mane olur, girdə və yastı qurdların sekretor qranulalarının və əzələ hüceyrələrində yerləşən digər hərəki orqanellalarının aktivliyini dayandırır, məhvinə səbəb olur. Preparatın fərqli xüsusiyyəti, sestod və nematodların sürfə formalarına qarşı yüksək effektivliyə malik olmasıdır. Tam yetkin olmayan parazitlər və 4-cü mərhələdə olan sürfələr preparatın təsirinə qarşı həssasdır və exinokokk kistalarına təsir göstərir.

Farmakokinetikası: Daxilə qəbul edildikdən sonra yaxşı absorbsiya olunur və metabolizmə uğrayaraq eyni zamanda antihelmint aktivliyə malik olan birincili metabolit - albendazol-sulfoksid əmələ gətirir. Preparatın biomənimsənilməsi eyni vaxtda yağlı qida qəbul etdikdə güclənir. Bendatop plazma zülalları ilə birləşir və orqanizmə paylanır (likvorda, öddə, qaraciyərdə, sidikdə, exinokokk kistasının daxilində və divarlarında aşkar edilir). Bendatop  exinokokk kistasının qişasını keçmək xüsusiyyətinə malikdir və orada plazma konsentrasiyasının 1/6 hissəsi toplanır. Bendatopun  yanmxaricolma dövrü 8-12 saatdır. Sidiklə metabolitlər şəklində xaric olur. 

Bendatop həm tez-tez rast gəlinən və həm də nadir hallarda təsadüf edilən aşağıdakı bağırsaq və toxuma parazitləri ilə yoluxma zamanı müalicədə effektiv hesab olunur.  Ascaris lumbricoides (girdə qurdlar) ,Trichuris trichiura ( qamçışəkilli qurd), Enterobius vermicularis ( bizquyruq/ yumru qurd) , Ancylostoma duodenale ( onikibarmaq bağırsağın əyribaş qurdu), Necator americanus ( qarmaq şəkilli yumru qurdlar), Stronqiloidoz (Strongyloides stercoralis).
Göstərişləri:

  • Enterobioz
  • Askaridoz
  • Ankilostomoz
  • Trixosefalyoz
  • Nekatoroz
  • Strongiloidoz
  • Tenioz
  • Opistorxoz
  • Lyamblioz
  • Exinokokkoz
  • Sisteserkoz 

Əks göstərişləri. Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.

İstifadə qaydası: Bendatop qida qəbulu ilə əlaqədar preparatın xüsusi qəbul qaydaları yoxdur. Tabletlər çeynənilərək və ya su ilə udularaq qəbul oluna bilər. Preparat yoluxmuş parazit növündən asılı olaraq aşağıdakı dozalarda və müalicə həkiminin laborator analizlərə və anamnezə əsaslanan xüsusi təyinatları nəzərə alınmaqla aparılır.
Böyüklər və 2 yaşdan yuxarı uşaqlar:
Askaridoz (Ascaris Lumbricoides), Enterobioz (Enterobius vermicularis), Ankilostomoz (Ancylostoma doudenale), Trixosefalyoz (Trichuris trichiura), Nekatoroz (Necator americanus) 1 tablet 400 mq və ya 2 tablet 200 mq.
Stronqiloidoz (Strongyloides stercoralis), Tenioz ( Taenia spp.) Himenolepidoz (Hymonelepis nana), Klonorkoz (Chlonorchiasis sinensis), Opistorxoz (Opisthorchiasis) 1 tablet 400 mq və ya 2 tablet 200 mq 3 gün müddətində.
Lyamblioz (Giardiasis (G. lamblia, G.duodenalis, G.intestinalis)) 1 tablet 400 mq və ya 2 tablet 200 mq 3 gün müddətində.
Bu helmintozlar zamanı ehtiyac olduqda müalicə kursu 3 həftədən sonra təkrar edilir.
Exinokokkoz (Echinococcosis) və sisteserkoz (Cysticercosis) zamanı doza 400mq gündə iki dəfə qəbul olunur; Exinokokkozda müalicə 3 kursdur: hər dövr 28 gündür, sonra 14 gün fasilə verməklə 3 kurs aparılır. Sisteserkozun müalicə müddəti 8-30 gündür.

 Uşaqlarda gündəlik doza parazit növündən asılı hər kq çəkiyə 10-15 mq olmaqla bir dəfəlik yaxud iki dəfəyə qəbul edilir.

Buraxılış forması: Bendatop No6 tablet

İstehsalçı ölkə: Türkiyə

Xüsusiyyətləri:

Farmakoloji xüsusiyyətləri: Tək və ya qarışıq parazitar xəstəliklərin müalicəsində yüksək effektivliyə malik antiparazitar preparat.

Ünvan

Bakı ş, Əhməd Rəcəbli küçəsi 33

Əlaqə

(+994) 51 310 46 25

(+994) 12 464 84 65

Medcare şirkəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılmış və sertifikatlaşdırılmış yüksək keyfiyyətli əczaçılıq məhsulları və bioloji aktiv fəallığa malik qida əlavələrinin apteklərdən və rəsmi destribyutorlardan satışını təmin edir …

MEDCARE

  • MELİ Pharm
  • MBİ Group
  • Karyera

Sosial

Share on facebook
facebook
Share on instagram
instagram
Share on email
Email
Copyright © 2021 Medicare. All Rights Reserved. by oneline.az
  • Əsas Səhifə
  • Haqqımızda
  • Əlaqə
X