Xüsusiyyətləri:
Tərkibi (əsas aktiv komponentlər)Biotin, Panthenol, Nicotin turşusu, Sink, Selenium, Vitamin kompleksi (B1, B6, A, E),
Procapil™ kompleksi (Biotinoyl Tripeptide-1, Apigenin, Oleanolic Acid),
Bitki ekstraktları (Rozmarin, Adaçayı, Gicitkən, Aloe vera, Çobanyastığı, Yaşıl çay, Ağcaqayın və s.)
Farmakoloji xüsusiyyətləri:
Reviton şampunu saç dərisini zərif şəkildə təmizləyir, saç köklərini qidalandırır və saç follikullarının möhkəmlənməsinə kömək edir. Tərkibində olan vitamin və mineral kompleksi saç köklərində maddələr mübadiləsini aktivləşdirir, saçların qırılmasını və tökülməsini azaltmağa kömək edir.
Procapil kompleksi saç follikullarında qan dövranını yaxşılaşdırır, saç kökünün zəifləməsinə səbəb olan proseslərin qarşısını almağa kömək edir və saçların böyümə fazasını uzatmağa dəstək olur.
Bitki ekstraktları saç dərisini sakitləşdirir, iltihab və qaşınmanı azaltmağa, saçın daha sağlam və güclü uzanmasına kömək edir.
İstifadə göstərişləri:
* Saç tökülməsi
* Zəif və nazik saçlar
* Saç köklərinin zəifləməsi
* Saç dərisinin yağ balansının pozulması
* Seboreya zamanı saç dərisinə qulluq məqsədilə
* Saçların bərpası və möhkəmləndirilməsi məqsədilə
İstifadə qaydası və dozası:
Şampunu nəm saçlara tətbiq edin, saç dərisinə yüngül masaj edərək 2-3
dəqiqə saxlayın, sonra bol su ilə yuyun. Həftədə 2-3 dəfə istifadə edilməsi
tövsiyə olunur.
Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı fərdi həssaslıq.
Yan təsirlər:
Nadir hallarda allergik reaksiyalar (qaşınma, qızartı) müşahidə oluna bilər.
Bu halda istifadə dayandırılmalıdır.
Hamiləlik və laktasiya dövründə istifadə:
İstifadədən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.
Saxlanma şəraiti:
25°C-dən yüksək olmayan temperaturda, uşaqların əli çatmayan yerdə
saxlanmalıdır.
Buraxılış forması: Reviton 250 ml şampun.
İstehsalçı ölkə: Türkiyə
