Medcare Avropanın keyfiyyətli məhsullarına üstünlük verir.

Facebook Linkedin Instagram Mail
Əlaqə Saxla
  • Əsas Səhifə
  • Haqqımızda
  • Karyera
  • MELİ Pharm
  • MBİ Group
  • MED Max
  • Əlaqə
  • Əsas Səhifə
  • Haqqımızda
  • Karyera
  • MELİ Pharm
  • MBİ Group
  • MED Max
  • Əlaqə

Vivafors  200 ml  infuziya üçün məhlul 

  

Tərkibi::  Sorbitol – 12 qr  ,  Natrium laktat  - 3,8 qr , Natrium xlorid- 1,2 qr,

Kalsium xlorid- 0,02 qr, Kalium xlorid – 0.06 qr, Maqnezium xlorid- 0,04 qr

Farmakoterapevtik qrupu: Geniş  təsir spektrinə malik  infuziya üçün məhlul

Farmakodinamikası:  Vivafors  şokəleyhinə ,  qanın reoloji xüsusiyyətlərini normallaşdıran,   enerji mübadiləsinə stimuləedici  təsir edən, bağırsaq hərəkətliliyini  bərpa edən , şəkərli diabetin fəsadlarını aradan qaldıran, dezintoksikasiyaedici,  sidikqovucu, plazmaəvəzedici,  iltihabəleyhinə və   allergiya əleyhinə  təsirlərə malik infuziya üçün məhluldur.

Əsas  farmokoloji aktiv  maddələri sorbitol və natrium laktatdır.  Sorbitol qaraciyərdə əvvəl    fruktozaya sonra qlükozaya o da öz növbəsində qlikogenə  cevirilir. Beləliklə sorbitolun bir hissəsi təcili enerji ehtiyaclarına sərf olunur , digər hissəsi isə qlikogen şəklində ehtiyatda saxlanılır.  Sorbitolun izotonik  məhlulu dezaqreqasyon  təsirə  malikdir bu da toxuma mikrosirkulyasiyasını və perfuziyasını  yaxşılaşdırır.

Metabolik asidozun bikarbonatla deyil Natrium laktatla korreksiyasının ən böyük üstünlüyü ondadır ki natrium laktat maddələr mübadiləsinə yavaş daxil olur və   Ph-ın qəfil  sıcrayışları, dəyişiklikləri baş vermir. Orqanizmə daxil olduqdan  20 -30 dəqiqə sonra Natrium laktatın  təsirləri başlayır.

Natrium xlorid- dezintoksikasion və rehidratasion təsirli plazmaəvəzedicidir.  Müxtəlif patoloji vəziyyətlərdə natrium və xlor ionlarının defisitini aradan qaldırır.

Kalsium xlorid – Kalsium ionlarının defisitini aradan qaldıraraq  sinir impulslarının ötürülməsini, sklet və əzələlərin yığılmasını , miokardın fəaliyyətini , sümük toxumasının inkişafını və qanın laxtalanmasını təmin edir. Hüceyrə və damar keçiriciliyini azaldaraq iltihabı proseslərin yayılmasının qarşısını alır, eyni zamanda faqositozu nəzərə carpacaq dərəcədə artıraraq orqanizmin infeksiyalara qarşı müqavimətini dayanıqlı edir.

Kalium xlorid- orqanizmin  su-  elektrolit balansını bərpa edir.   Mənfi xrono və batmotrop , yüksək dozalarda isə mənfi inotrop  və  dromotrop , eyni zamanda dayanıqlı diuretik təsir göstərir. Ürək əzələsinin fəaliyyətində , sinir impulslarının ötürülməsində  müstəsna rolu vardır. Asetil xolinin  miqdarını  artırır və beləliklə də  vegetativ sinir sisteminin simpatik  bölməsinin oyanmasına səbəb olur. Miasteniya və əzələ distrofiyalarında  sklet əzələlərinin yığılma prosesini yaxşılaşdırır.

Maqnezium  xlorid -  orqanizmdə ürək ritmlərinin normallaşmasında,sinir sisteminin normal fəaliyyəti üçün çox əhəmiyyətlidir.  Maqnezium əzələlərdə, həmçinin miokardda  ion balansının saxlanılmasinda vacib fizioloji əhəmiyyət daşıyır.

Farmakokinetikası: Sorbitol tez bir zamanda ümumi metobolizmə qoşulur, 80-90% hissəsi  utilizasiya olunaraq qlikogen şəklində qaraciyərdə .  5%  isə  beyin toxuması,  ürək əzələsi və sklet əzələsində toplanır.  6-12 % sidiklə xaric olur.

Qan  dövranına daxil olan Natrium laktat karbon dioksid və su ilə birləşərək Natrium bikarbonat əmələ gətirir ki , bu da qanın qələvi ehtiyatının artmasına səbəb olur. Daxil olunmuş  Natrium laktatın  yalnız 50 % - aktiv hesab olunur (L izomeri) , digər 50 % -i isə ( D izomeri ) metabolizə olunmadan sidiklə xaric olunur.

 İstifadəsinə göstərişlər: 

Orzanizmin su- elektrolit balansının pozulması ilə müşahidə olunan müxtəlif patoloji vəziyyətlər
    • Hemolitik, travmatik, toksik, əməliyyatdansonrakı və yanıq şokunun profilaktika və müalicəsində.

  • Kəskin qanitirmə və yanıqlar zamanı kapilyar qan dövranının yaxşılaşdırılması məqsədilə
  • Müxtəlif genezli allergiyalar ( rinit , konyuktivit , dermatit)
  • Plazmaəvəzedici kimi müxtəlif pataloji proseslərdə
  • Kəskin pankreatitin kompleks müalicəsində
  • Baş beyinin işemik xəstəliklərində
  • Şəkərli diabet xəstəliyinin kompleks müalicəsində
  • Diabetik  neyropatiya,  nefropatiya və petinopatiyaların  profilaktikası və müalicəsində
  • Müxtəlif dəri xəstəliklərinin müalicəsində
  • İltihabəleyhinə , hərarətsalıcı və ağrıkəsici kimi
  • Öd yollarının xəstəlikləri , öd kisəssinin diskineziyası,  xolisistektomiya əməliyyatından sonra
  • İntoksikasiya ilə müşahidə olunan infeksion xəstəliklərin müalicəsində
  • Xroniki Hepatitin kəskinləşməsində
  • Sepsislərdə
  • Əməliyyatlardan əvvəl və əməliyyatlardan sonrakı periodlarda
  • Tromboz, tromboflebit, endarteritlərin müalicə və profilaktikasında
  • Reyno xəstəliyində

Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı hiperhəssaslıq.  Alkaloz.  Böyük miqdarda maye vurulmasına əks göstəriş olan vəziyyətlər ( beyin qansızması, tromboemboliya, ürək – damar dekompensasiyası zaman, arterial hipertoniya III dərəcə). Diareya. Dializ müalicəsi görən   xəstələr.  Hamiləlik periodu.  Ağciyər ödemi .

İstifadə qaydası və dozası:Vivafors preparatı böyüklərə venadaxilinə damcı ilə yeridilir
Müxtəlif mənşəli şoklarda:  600-1000 ml ( 10-15 ml/ kq) hesabı ilə

Xroniki hepatitlərdə: 400 ml ( 6-7 ml/ kq) hesabı ilə

Kəskin qanitirmələr zamanı : 1500- 1800 ml ( 25 ml/ kq ) hesabı ilə

Əməliyyatlardan əvvəl və sonra :  400 ml ( 6-7 ml/ kq) hesabı ilə  3-5 gün

Damar xəstəlikləri zamanı 600 ml ( 8-10 ml /kq ) hesabı ilə

Uşaqlarda 10 ml / kq hesabı ilə

Əlavə təsirləri: Alkaloz

Buraxılış forması:  Vivafors  200 ml  infuziya üçün məhlul 

Ünvan

Bakı ş, Əhməd Rəcəbli küçəsi 33

Əlaqə

(+994) 51 310 46 25

(+994) 12 464 84 65

Medcare şirkəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılmış və sertifikatlaşdırılmış yüksək keyfiyyətli əczaçılıq məhsulları və bioloji aktiv fəallığa malik qida əlavələrinin apteklərdən və rəsmi destribyutorlardan satışını təmin edir …

MEDCARE

  • MELİ Pharm
  • MBİ Group
  • Karyera

Sosial

Share on facebook
facebook
Share on instagram
instagram
Share on email
Email
Copyright © 2021 Medicare. All Rights Reserved. by oneline.az
  • Əsas Səhifə
  • Haqqımızda
  • Əlaqə
X