Medcare Avropanın keyfiyyətli məhsullarına üstünlük verir.

Facebook Linkedin Instagram Mail
Əlaqə Saxla
  • Əsas Səhifə
  • Haqqımızda
  • Karyera
  • MELİ Pharm
  • MBİ Group
  • MED Max
  • Əlaqə
  • Əsas Səhifə
  • Haqqımızda
  • Karyera
  • MELİ Pharm
  • MBİ Group
  • MED Max
  • Əlaqə

Lentavit

Tərkibi:


15 ml-də 50 000 İU

Göstərişlər:

• Raxitin qarşısının alınması və müalicəsi.
• Yüksək risk quruplarında D3 vitamini çatışmazlığının qarşısının alınması
• Osteoporozun müalicəsi
• Osteomalyasiyanın müalicəsi
• Hiperparatireozun müalicəsi.
• D vitamin defisitinin və ya çatışmazlığının müalicəsi üçün ( mədə-bağırsaq traktında malabsorbsiya ilə bağlı D vitamini çatışmazlığının profilaktikası və müalicəsi) .
• Sümüklərin həcminin azalması nəticəsində daha çox sınma təhlükəsi olan hallarda dəstəkləyici müalicə kimi.
Əlavə təsirləri: Nadir hallarda ürək bulanma
İstifadə qaydası: 4 yaşdan yuxarı uşaqlarda gün ərzində 5-6 damcı, böyüklərdə gündəlik 10-20 damcı. Kəskin D3 çatışmazlığı zamanı həftədə 1 flakon.
Buraxılış forması: 1 flakonda-15ml 50 000 İU.
İstehsalçı ölkə: Türkiyə,Maximum.

Xüsusiyyətləri:

Vitamin D3 raxit əleyhinə aktiv faktordur. D vitamininin ən mühüm funksiyası kalsiumun və fosfatların metabolizmini tənzimləməkdən ibarətdir ki, bu da skeletin düzgün minerallaşmasını və inkişafını təmin edir. Vitamin D3 – D vitamininin təbii formasıdır. D2 vitamini ilə müqayisədə aktivliyinin 25 %-dən yüksək olması ilə fərqlənir. O qalxanabənzər ətraf vəzin normal funksiyası üçün zəruridir. Kalsiumun və fosfatların bağırsaqdan absorbsiya olunmasında, mineral duzların nəqlində və sümüklərin kalsifikasiyasında əhəmiyyətli rol oynayır. Həmçinin kalsiumun və fosfatların böyrəklər vasitəsilə xaric olmasını tənzimləyir. Kalsium ionlarının konsentrasiyası skelet əzələlərinin tonusunun saxlanmasını, sinir impulsarının ötürülməsini, qanın laxtalanma prosesini şərtləndirən bir sıra mühüm biokimyəvi proseslərə təsir göstərir. D vitamini həmçinin, limfokinlərin yaranmasına təsir göstərməklə immun sistemin fəaliyyətində iştirak edir.
LENTAVİT forte - də absorbsiya sürətlidir (nazik bağırsağın distal hissəsində). Limfatik sistem vasitəsilə qaraciyər və ümumi qan dövranına daxil olur. Qanda alfa2-globinlərinə və qismən albüminə bağlanır.
LENTAVİT forte - nin tərkibindəki D3 vitamini qaraciyərdə, sümüklərdə, skelet əzələlərində, böyrəklərdə, böyrək üstü vəzlərdə, miokardda, piy toxumasında yığılır. Toxumalarda Cmax-a çatma müddəti 4-5 saatdır, sonra xolekalsiferolun konsentrasiyası bir qədər azalır və uzun müddət sabit səviyyədə qalır. Metabolitlər şəkilində, əsasən hüceyrələrin, mikrosomların, mitoxondiriyaların və nüvələrin membranlarında lokalizə olunur.

Ünvan

Bakı ş, Əhməd Rəcəbli küçəsi 33

Əlaqə

(+994) 51 310 46 25

(+994) 12 464 84 65

Medcare şirkəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılmış və sertifikatlaşdırılmış yüksək keyfiyyətli əczaçılıq məhsulları və bioloji aktiv fəallığa malik qida əlavələrinin apteklərdən və rəsmi destribyutorlardan satışını təmin edir …

MEDCARE

  • MELİ Pharm
  • MBİ Group
  • Karyera

Sosial

Share on facebook
facebook
Share on instagram
instagram
Share on email
Email
Copyright © 2021 Medicare. All Rights Reserved. by oneline.az
  • Əsas Səhifə
  • Haqqımızda
  • Əlaqə
X