Lunamix No30 tablet
Tərkibi: Qlukozamin sulfat- 500 mg
Xondroitin sulfat- 400 mg
Metilsulfanilmetan(MSM)-375 mg
Farmakoterapevtik qrupu:Xondroprotektor.
Farmakoloji xüsusiyyətləri:
Qlukozamin sulfat- birləşdirici toxumanın əsas struktur materialıdır.Oynaq vətərinin, oynaq mayesinin, qığırdaq və birləşdirici toxumanın yaranmasında iştirak edir. Qlükozamin molekulası aşağı molekulyar çəkiyə malik olduğu üçün mədə- bağırsaq traktından asanlıqla sorulur və daha sonra qlükozaminlə bağlı vacib komponentlərin sintez olunduğu qığırdaq və digər toxumalarda toplanır. Qlükozamin sulfat yüksək biomənimsənilməyə malikdir. Hətta müxtəlif xəstəliklər nəticəsində funksiyası pozulmuş MBT-dən də yaxşı sorulmaq qabiliyyətinə malikdir. Bu xüsusiyyətə görə qlukozamin qığırdaq toxumasında təsiredici konsentrasiyada toplanır və çatışmazlıqları aradan qaldırır. Qlukozamin sinovial mayenin vacib komponenti olan hialuron turşusunun sələfidir.
Xondroitin sulfat- qığırdaq toxumasının əsas tərkib hissəsidir. Qığırdaq toxumasının əmələ gəlməsini, bütövlüyünün saxlanılmasını, oynaqların elastikliyini, davamlılığını və hərəkətini təmin edir. Tərkibində hialuron turşusu vardır ki, bu da oynaq daxilində suyun birləşməsinə, kalsium kationlarının və digər mineralların fiksasiyasına şərait yaradır. Eyni zamanda vətər və sümüklərin elastikliyini, möhkəmliyini təmin edir. O cümlədən, birləşdirici toxumanı zədələyən spesifik fermentlərin, həmçinin lizosomal fermentlərin (elastaza, katepsin, interleykin-1 və.s) təsirini azaldır. Qığırdaq toxumasında fosfor və kalsium mübadiləsini normallaşdırır. Qlükozaminqlükanların sintezini stimulə etməklə qığırdaq toxumasının tamlığını bərpa edir. Oynaqların sinovial mayesinə asanlıqla penetrasiya edir. Sinovial mayenin sintezini sürətləndirməklə zədələnmiş oynaqların hərəkətliliyini artırır. Bundan əlavə, xondroitin sulfat sümük toxumasının formalaşmasında da iştirak edir. Sümük toxumasının rezorbsiyasını ləngidir və kalsiumun itirilməsini azaldır, nəticədə osteoporozların inkişafını tormozlayır. Eyni zamanda damar divarının möhkəmliyini və elastikliyini təmin edir. Oynaqlarda iltihabi prosesləri aradan qaldırmaqla ağrıkəsici təsir göstərir, QSİƏP-lərə tələbatı azaldır.
Metilsulfanilmetan- kükürdün təbii mənbəyidir. Kükürd həyat üçün vacib olan 5 əsas elementdən biridir. Daxili orqanların, sinirlərin, sümüklərin və qığırdağın hüceyrələrinin tərkibinə daxildir. Kükürd demək olar ki, bütün zülalların tərkibinin əsas komponentidir, xüsusilə əzələləri, bağları və sümükləri, həmçinin saçları və dərini formalaşdıran zülalların tərkibinə daxildir. MSM kollagenin, immunoqlobulinlərin, fermentlərin sintezində iştirak edir. Həmçinin birləşdirici toxumanın normal fəaliyyəti üçün vacib elementdir. MSM əzələlərin və vətərlərin qan təchizatını və normal iş fəaliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Oynaqların hərəkətliliyini artırır. Hazırda MSM müxtəlif xəstəliklərin – artrit, osteoxondroz, oynaq ağrıları, bilək-vətər sindromunda, allergiya, iltihab, mədə qıcqırması, rinit, saç tökülməsi problemlərində (keratinin miqdarının normadan az olduğu hallarda), parazitar infeksiyalarda, eyni zamanda dəri və dırnaq problemlərində geniş istifadə olunur.
Göstərişləri:
- Onurğanın degenerativ-distrofik xəstəlikləri
- Spondiloartroz, ostioxondroz
- Bud-çanaq oynağının displaziyası, raxit, bağ aparatının zəifliyi
- Hemartroz, sinovit, bursit, tendovaginit, miozit
- Dayaq-hərəkət sisteminin travmaları (sınıqlar, çıxıqlar, dartılmalar və.s)
- Oynaqların funksional yüklənməsi( artıq çəki, fiziki yüklənmə və.s)
- Osteoartroz (birincili və ikincili, koksartroz və qonartroz və s.)
- Müxtəlif lokalizasiyalı artrozlar.
- Revmatoid artrit. Poliartrit. Periartrit
- Oynaqlarda aparılan əməliyyatlardan sonrakı reablitasiya zamanı
- Fibromialgiya
Əks göstərişləri: Hamiləlok və laktasiya. Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası: 1 tablet gündə 2-3 dəfə bol maye ilə qəbul edilir. . Müalicə müddəti xəstəliklərin gedişinə və ağırlıq dərəcəsinə bağlıdır
Buraxılış forması: Lunamix No30 tablet
İstehsalçı ölkə:Türkiyə