Medcare Avropanın keyfiyyətli məhsullarına üstünlük verir.

Facebook Linkedin Instagram Mail
Əlaqə Saxla
  • Əsas Səhifə
  • Haqqımızda
  • Karyera
  • MELİ Pharm
  • MBİ Group
  • MED Max
  • Əlaqə
  • Əsas Səhifə
  • Haqqımızda
  • Karyera
  • MELİ Pharm
  • MBİ Group
  • MED Max
  • Əlaqə

Obefors 5/10 mq

Xüsusiyyətləri:

Tərkibi: 5 mq Obetixol turşusu ; 10 mq Obetixol turşusu vardır.

Farmakoterapevtik qrupu:
Öd turşuları və törəmələri.

Farmakoloji xüsusiyyətləri :

Farmakodinamikası :
Obetixol turşusu qaraciyər və bağırsaqda yüksək səviyyədə ifadə olunan nüvə reseptoru olan farnesoid X reseptoru (FXR) üçün seçici və güclü aqonist hesab olunur . FXR – nin öd turşusu , iltihab, fibrotik və metabolik yolların əsas tənzimləyicisi olduğu hesab olunur . FXR aktivləşdirilməsi xolesterinin de novo sintezini ləngitməklə , həmçinin öd turşularının hepatositlərdən xaricə daşınmasını artırmaqla öd turşularının hepatositlərdə hüceyrədaxili konsentrasiyasını azaldır. Bu mexanizimlər  dövr edən öd turşusu hovuzunun ümumi ölçüsünü məhdudlaşdıraraq xolerezi inkişaf etdirir , beləliklə qaraciyərin öd turşularına məruz qalmasını azaldır.

Biliar xolangit
– öd kisəsi və öd kanallarının  patologiyası fonunda ödün xaric olma prosesi pozulur.Bu xəstəlik zamanı öd kanalları zədələnir ödün tərkibi dəyişir.Bu halın qarşısını almaq üçün, obetixol turşusu tərkibli preparatlardan istifadə olunmalıdır.

Preparat II tip şəkər xəstəliyi zamanı insulinə qarşı yaranan rezistentliyi zəiflətmək üçün,lipid mübadiləsini yaxşılaşdırmaq məqsədi ilə təyin olunur.Qaraciyər piylənməsinin qarşısını alır (Piylənməyə səbəb etil spirti deyilsə).Çəkinin azalmasına səbəb olur Qaraciyərdə gedən iltihabı proseslərin qarşısını alır.Qaraciyər fermentlərini stabilləşdirir.

Farmakokinetikası

Absorbsiya: obetixol turşusu absorbsiya olunduqdan sonra təxminən 2 saat (tmax) zaman medianında pik plazma konsentrasiyasına (Cmax) çatır. Qida ilə birlikdə qəbulu obetixol turşusunun absorbsiya dərəcəsini dəyişmir.İnsan plazma zülalları ilə obetixol turşusu və onun konjuqatları ilə birləşməsi 99 %- dən çoxdur.Obetixol turşusu qaraciyərdə qlisin və ya taurinlə konyuqasiya olunur və ödlə ifraz olunur. Obetixol turşusunun bu qlisin və taurin konjuqatları nazik bağırsaqda sorulur və enterohepatik resirkulyasiyaya səbəb olur. Konyuqatlar bağırsaq mikrobiotası vasitəsilə nazik və yoğun bağırsaqda dekonyuqasiya olunaraq obetixol turşusuna çevrilməklə reabsorbsiya  və ya nəcislə xaric oluna bilər ki , bu da əsas xaric olma yolu hesab olunur.


İstifadəsinə dair göstərişlər
:
* PBC - birincili biliar xolangit müalicəsi zamanı .
* II – ci tip şəkər xəstəliyi zamanı insulinə qarşı yaranmış rezistentliyi aradan  qaldırmaq üçün .
* Qaraciyər piylənmə qarşısını almaq üçün .
* Qaraciyər fermentlərini stabilləşdirir .
* Öd axınını normallaşdırır.
* Öddə turşuluq səviyyəsini normaya salır .
* Öd mənşəli reflüks – qastrit və ezofagit .
* Qaraciyərin toksik zədələnmələri .

Əks göstərişlər:
Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər – hansı birinə yüksək həssaslıq.Kəskin qaraciyər çatışmazlığı və ağır hepatit viruslu xəstəliklərdə.

Əlavə təsir :
Qaşınma və yorğunluq ola bilər. Qaşınma normal hal kimi qəbul olunmalıdır. Belə ki, qaşınmaların əksəriyyəti müalicənin ilk ayı ərzində baş vermiş və dozanın qəbuluna davam etdikdə , zaman keçdikcə aradan qalxmışdır.

Hamiləlik və laktasiya dövründə istifadə :
Hamilə qadınlarda və laktasiya dövründə istifadəsi dövründə , obetixol turşusunun istifadəsi ilə bağlı məlumat yoxdur .

Dozalanma :
İlk 6 aydan sonra  qələvi fosfatazanın (ALP) və ya ümumi bilirubinin adekvat azalmasına nail olmadıqda və obetixol turşusuna qarşı dözümlülüyü olan xəstələr üçün dozanı gündə bir dəfə maksimal 10 mq dozaya qədər artırmaq mümkündür.PBC- xəstələrinin ağırlıq dərəcəsindən aslı olaraq 10 mq -dən başlanaraq artırmaq olar.

Buraxılış forması :
30 tablet (3x10) . 3 Alü-Alü blister içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.

Saxlanma şəraiti :
30°C – dən yüksək olmayan temperaturda , qaranlıq, quru və uşaqların əli çatmayan ç1yerdə saxlanılmalıdır.

Yararlılıq müddəti :
24 aydır.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz .

İstehsalçı:
Hindistan

Ünvan

Bakı ş, Əhməd Rəcəbli küçəsi 33

Əlaqə

(+994) 51 310 46 25

(+994) 12 464 84 65

Medcare şirkəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılmış və sertifikatlaşdırılmış yüksək keyfiyyətli əczaçılıq məhsulları və bioloji aktiv fəallığa malik qida əlavələrinin apteklərdən və rəsmi destribyutorlardan satışını təmin edir …

MEDCARE

  • MELİ Pharm
  • MBİ Group
  • Karyera

Sosial

Share on facebook
facebook
Share on instagram
instagram
Share on email
Email
Copyright © 2021 Medicare. All Rights Reserved. by oneline.az
  • Əsas Səhifə
  • Haqqımızda
  • Əlaqə
X