Medcare Avropanın keyfiyyətli məhsullarına üstünlük verir.

Facebook Linkedin Instagram Mail
Əlaqə Saxla
  • Əsas Səhifə
  • Haqqımızda
  • Karyera
  • MELİ Pharm
  • MBİ Group
  • MED Max
  • Əlaqə
  • Əsas Səhifə
  • Haqqımızda
  • Karyera
  • MELİ Pharm
  • MBİ Group
  • MED Max
  • Əlaqə

Immuno-VAQ Forte

Tərkibi:

Betaqlükan - 75 mq
Vitamin E - 25 mq
Selen - 25 mkq
Sink - 7.5 mq
Vitamin C - 60 mq

İstifadə Qaydası: 1 tablet gün ərzində 1 dəfə. Qəbul yeməkdən yarım saat sonra bol maye ilə tövsiyə edilir.
Buraxılış forması : № 30 tablet
Istehsalçı ölkə: Türkiyə Göstərişlər:
• Bronxit, pnevmoniya,ağciyər xəstəlikləri zamanı
• Sidik-cinsiyyət sisteminin kəskin və xroniki infeksiyaları zamanı
• Müxtəlif xəstəliklər zamanı immun sisteminin funksional zəifliyi müşayiət edilən hallarda
• Onkoloji xəstəliklər zamanı
• Ginekoloji xəstəliklər zamanı
• Xəstəliklərdən sonrakı reabilitasiya dövründə
Əks Göstərişləri: Tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq.

Xüsusiyyətləri:

Kombinə edilmiş immunostimulyator, antioksidant vasitə
Beta Glükan - Çörək mayasının hüceyrə divarından yer alan sadə bir karbohidratdır. İmmunomoduləedici təsirə malikdir. Komponent immun sisteminin hüceyrələrinin (makrofaqların, T-limfositlərin, təbii killerlərin) fəaliyyətini tənzimləyir. Sitokinlərin (interleykin), interferon sintezini artırır. Beta glukan güclü antioksidant təsirə malikdir. Eyni zamanda beta qlükanın antiviral, antibakterial, antifunqal təsiri elmi subutlarla təsdiqini tapmışdır.
Vitamin E - Qan dövranını yaxşılaşdırmaqla toxumaların regenerasiyasını sürətləndirir. Lipidlərin oksidləşməsini zəiflətməklə sərbəst radikalların yaranmasının qarşısını alır, hüceyrələri zədələnməkdən qorumaqla antioksidant təsir göstərir. Vitamin E həmçinin hüceyrəarası kollagen və elastiki liflərin formalaşmasında iştirak edir. Tokoferol qanın laxtalanmasının qarşısını almaqla periferik qan dövranını yaxşılaşdırır. Həmçinin zülalların və qonadotropinin biosintezində iştirak edir.
Sink - İmmunitetin formalaşmasında iştirak edir və kişi cinsiyyət vəzilərinin funksiyalarını yaxşılaşdırır (kişi cinsi hormonu olan dihidroksitestesteronun sintezində iştirak edir). Cinsiyyət vəzi toxumalarında yüksək kosentrasiya təşkil etdiyindən kişi və qadınlarda seksual funksiyanın yerinə yetirilməsində bilavasitə iştirak edir. Çəngələbənzər vəzinin funksiyasını aktivləşdirməklə T-limfositlərin sintezini sürətləndirir.
Selen - İnsan orqanizmində müxtəlif liposaxaridlərin, zülların və fermentlərin fəaliyyəti üçün vacib rola malikdir. Çox güclü antikanserogen təsirə malik olmaqla müxtəlif bədxassəli şişlərin yaranmasının və inkişafının qarşısını alır. Həmçinin selen spermatozoidlərin müdafiəsini və hərəkətliliyini təmin edir. Buna görə də kişi sonsuzluqları zamanı geniş istifadə olunur. Selen qalxanabənzər vəzin tərkibində yod olan hormonların sintezi üçün əvəz olunmaz rola malikdir, buna görə də yod çatışmazlığı ilə mübarizədə geniş istifadə olunur. Güclü antioksidant təsirə malikdir.

Ünvan

Bakı ş, Əhməd Rəcəbli küçəsi 33

Əlaqə

(+994) 51 310 46 25

(+994) 12 464 84 65

Medcare şirkəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılmış və sertifikatlaşdırılmış yüksək keyfiyyətli əczaçılıq məhsulları və bioloji aktiv fəallığa malik qida əlavələrinin apteklərdən və rəsmi destribyutorlardan satışını təmin edir …

MEDCARE

  • MELİ Pharm
  • MBİ Group
  • Karyera

Sosial

Share on facebook
facebook
Share on instagram
instagram
Share on email
Email
Copyright © 2021 Medicare. All Rights Reserved. by oneline.az
  • Əsas Səhifə
  • Haqqımızda
  • Əlaqə
X