Xüsusiyyətləri:
L-karnitin - B qrup vitaminlərinə aid olan təbii aminturşusudur. Vitaminlərdən fərqli olaraq L- karnitin organizmdə sintez olunur. Karnitin iki vəziyyətdə olur: L – və D – formasında. L – karnitin bioloji fəallığa malikdir. D – karnitin isə - sintetikdir və bioloji aktivliyi yoxdur. Mübadilə prosessləri və enerji mübadiləsini fəallaşdıran, metabolik, lipid və karbohidratların mübadiləsini normallaşdıran, antihipoksik, reparativ və detoksikasiyon təsirə malikdir. Atsetil – KoA – nın əmələ gəlməsinə təsir göstərir. Oksigenin çatışmayan vəziyyətlərində, kritik vəziyyətlərdə mübadilə prosesslərinə kömək edir. Neyrotrofik təsir göstərir, apoptozu dayandırır, sinir toxumasının quruluşunu bərpa edir və zədələnmə sahəsini azaldır. Zülal və piy mübadiləsini, tireotoksikozda yaranmış artmış əsas mübadiləni normallaşdırır. Qanda olan qələvi ehtiyatını bərpa edir. Ketoturşuların əmələ gəlməsini azaldır, toxumaların parçalanması nəticəsində yaranan toksiki məhsulların təsirinə qarşı toxumaların davamlılığını artırır, anaerob qlikolizi aktivləşdirir, reparativ prosessləri sürətləndirir və fəallaşdırır. Fiziki gərginliyə qarşı dözümlülüyü artırır, laktat-asidozun dərəcəsini azaldır və uzunmüddətli fiziki gərginlikdən sonra işgörmə qabiliyyəti bərpa edir. Qlikogenin ehtiyatla istifadəsinə və onun qaraciyər və əzələlərdə yığılmasının çoxalmasına kömək edir. Qanın laxtalanma sisteminə təsir etmir.Koenzim Q10 - kofermentdir və müxtəlif reaksiyalarda iştirak edir, yaşlı adamlarda onun miqdarı azalır. İnsult, ürək tutmaları və pis qan dövranının nəticəsində oksigen çatışmamazlığından yaranan toxumaların zədələnmələrini azaldır.
Yüksəlmiş AT-ni nizamlayır və aşağı salır, ürək əzələsində və koronar damarların divarlarında enerji mübadiləsini bərpa edir, ürəyin işemik xəstəliyinin və miokardın infarktının yaranmasının qarşısını alır. Aterosklerozun qarşısının alınması üçün ən vacib antioksidantdır. Şizofreniya və Alsqeymer xəstəlikləri ilə bağlı psixi pozğunluqlarda istifadə olunur. Qanda olan şəkərin miqdarını aşağı salmağa kömək etməklə diabetin müalicəsində mühüm rol oynayır. Onkoloji xəstəliklərin müalicəsi zamanı istifadəsi mütləqdir. Koenzim Q10 güclü antioksidant olmaqla yanaşı, qanda ASLP və triqliseridlərin miqdarını azaldır. Bədəndə olan piyləri parçalayaraq enerjiyə çevirir və bu da yüksək çəkidən azad olmağa kömək edir.
Kversetin – xroniki damar xəstəliklərinin inkişaf riskini azaltmağa kömək edir, keçiriciliyini normallaşdırır. Hipertoniya üçün Kversetin – qəbul edilməsi qan təzyiqinin aşağı düşməsinə kömək edir. Həmçinin kversetin güclü antioksidant təsirə malikdir ki, nəticədə ikiqat antioksidant təsir göstərmiş olur. Kversetinin tərkibində olan birləşmələr aldozoreduktaza prosesini ingibə edərək şəkərli diabet zamanı böyrək və göz patalogiyalarının əmələ gəlməsini önləyir. Bir çox virus xəstəlikləri zamanı gündəlik 150-200 mq dozada Kversetin qəbul olunması məsləhət görülür. Kversetin bir sink ionoforudur və sink konsentrasiyasında artım meydana gətirmək üçün istifadə oluna bilər. Çünki, yüksək konsentrasiya olunmuş sink, RNT tipli virusların təkrarlanmasının qarşısını alır. Kversetin eyni zamanda histaminin sekresiyasını ingibə edərək allergiyaəleyhinə təsir göstərir.
Kversetin – travmatik beyin zədəsi olan hüceyrələrdən mitoxondriya sayının artmasına səbəb olan mitoxondrial biogenizi aktivləşdirməyə kömək edir.